BAKU Azərbaycan
°C

9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında zəif nəticə göstərmiş Saatlı rayonu Sarıcalar kənd tam orta məktəbinin 21 şagirdinin məktəbdən uzaqlaşdırılmaları ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

Bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Azərbaycan Respublikası Təhsil Qanununun 19-cu Maddəsinin 14-cü bəndinə əsasən ümumi orta təhsil pilləsi (9 illik) icbari hesab olunur.

"Tam orta təhsil əldə etmək üçün valideyn və ya şagirdin istəyi nəzərə alınır. Şagirdin tam orta təhsil alması üçün əvvəl ümumi orta təhsil aldığı məktəbin adi sinfində (valideyn ərizəsi əsasında birbaşa elektron qaydada), buraxılış imtahanında əldə etdiyi qiymət imkan verdiyi halda təmayül sinfində və ya yaşadığı rayonun digər məktəblərində yerdəyişmə yolu ilə təhsilini davam etdirmək hüququ vardır və bu heç bir halda məhdudlaşdırılmır.

Əlavə olaraq onu da qeyd edək ki, tam orta təhsil pilləsinə qəbul valideynlərin ərizələri əsasında cari ilin avqust ayında start götürəcəkdir. Son olaraq bildiririk ki, hal-hazırkı vəziyyətdə adı qeyd olunan məktəbin 9-cu sinif şagirdlərindən bir nəfər də olsun xaric edilməyib və yayılan məlumatlar yalan və əsassızdır" - deyə qeyd olunub.

Son xəbərlər

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

“Reuters”in əməkdaşı Moskvada həbs olundu

Bakıda mənzildə meyit aşkarlandı

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Derbinin qalibi "Fənərbağça" oldu

Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı

Ermənistan Müdafiə Nazirliyi çağırış etdi

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Zelenski buna görə administrasiya rəhbərini işdən çıxardı

Rasim Balayevdən Taleh Yüzbəyova sərt sözlər

İndoneziyada 6,3 bal gücündə zəlzələ oldu

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

Bakıda avtomobil yanır: yolda tıxac yarandı - VIDEO

İnsan beyni haqqında 9 MARAQLI FAKT

Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

"Sabah" qalib gələrək üçüncü pilləyə yüksəldi

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Rəqqasə Fatiməni məhkəməyə verdilər

Bütün xəbərlər