BAKU Azərbaycan
°C

“O komandanı ora göndərəndə məndən, Bəhram Bağırzadədən, Cabirdən kimsə nəsə soruşmuşdu?”.

Bu sözləri “Planet Parni iz Bak” KVN teatrının bədii rəhbəri Tahir İmanov Azxeber.com-a açıqlamasında bildirib.

O, Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının ermənilərin təkidi ilə adını “Buta” olaraq dəyişməsindən qəzəbləndiyini, onları ora göndərən dövlət qurumunun açıqlasından sonra geniş açıqlama verəcəyini deyib: “O komandanı ora göndərəndə KVN-çilərdən, məndən, Bəhram Bağırzadədən, Cabirdən kimsə nəsə soruşdumu? Sualları o komandanı oraya göndərən dövlət qurumuna vermək lazımdır. Mənim öz fikrim var, istəyirəm ki, bu komandanı yaradanlar, oraya göndərənlər açıqlama versinlər. Neçə gündür ki, camaat ayağa qalxıb, sosial şəbəkələrdə aktivləşiblər. Bütün Azərbaycan xalqı gözləyir, mən də gözləyirəm. Üstüörtülü yox, geniş açıqlama versinlər. Desinlər görək, komanda niyə çıxışdan imtina etməyib”.

T.İmanov daha sonra əlavə edib: “İnandırım sizi, bunu bizim “Parni İz Baku”ya desəydilər, Anar Məmmədxanov nəinki orada qapını vurub gedərdi, hələ başqa şeylər də edərdi. Ümumiyyətlə, son illər bu KVN-lər fəallaşıb. Bir komanda getdi bizi biabır etdi, bu da ikincisi oldu. Bir dəfə olsun, məşhur KVN-çilərə müraciət ediblərmi, bununla bağlı bizə xəbər ediblərmi? Etməyiblər”.

Qeyd edək ki, Rusiyanın Soçi şəhərində keçirilən ŞHK (Şən və Hazırcavablar Klubu) komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən komandanın rəhbəri Müşfiq Abbasovun hərəkəti etirazlara səbəb olub.

O, ermənilərin təkidi ilə “Şuşa” komandasının adını “Buta” olaraq dəyişməsini izah etməyə çalışıb. Bu isə ciddi etirazlara səbəb olub.

Son xəbərlər

İran prezidentinin helikopterinin qalıqları TAPILDI - FOTOLAR 

İranda milli matəm ELAN EDİLDİ

Siyasi birliyin milli dövlətçiliyimizdə yeri və rolu

İranda idman tədbirləri LƏĞV EDİLDİ

İlham Əliyev Kamerunun dövlət başçısını TƏBRİK ETDİ

“Azərbaycan-Belarus münasibətləri uğurla davam edir” - Deputat 

Pakistanda İran Prezidentinin ölümü ilə əlaqədar birgünlük matəm ELAN EDİLDİ

Ceyhun Bayramov: "Hüseyn Əmir Abdullahianın həlak olması xəbəri məni dərindən sarsıtdı"

“Qəzanın səbəblərinin araşdırılmasına kömək etməyə hazırıq” - Zaxarova 

Aİ İrana başsağlığı verdi

Rəisinin və Abdullahiyanın qəzadan əvvəl çəkilmiş SON FOTOSU

Polis mayoru qəfil vəfat etdi - FOTO

Cinayət törədən 94 nəfər SAXLANILDI 

İran bu ölkələrə təşəkkür etdi

Azərbaycan XİN İrana BAŞSAĞLIĞI VERDİ

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

Helikopterin qəzaya uğradığı yeri "Akınçı" tapdı 

Bakının iki qəsəbəsində qaz olmayacaq - XƏBƏRDARLIQ!

İlham Əliyev İranın Ali Rəhbərinə BAŞSAĞLIĞI VERDİ

Şirvanda 9 yaşlı uşaq qızdırmadan öldü

Bütün xəbərlər