BAKU Azərbaycan
°C

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutu Kəlbəcər rayonunda apardığı ölçmə və yoxlamalar nəticəsində bəzi ərazilərdə radiasiya səviyyəsinin yüksək olduğunu aşkar edib.

Bu barədə Report-a AMEA-dakı mənbə məlumat verib.

Onun sözlərinə görə, ölçmələr zamanı Dəlidağın bir tərəfində radon qazının səviyyəsinin çox yüksək olması müəyyən edilib: “Dəlidağın digər tərəfində isə belə yüksək radiasiya aşkar edilmədi. Bu səbəbdən də həmin ərazidən çıxan sulardan birbaşa istifadə tövsiyə edilmir. Yerin təkindən çıxan bu qazı təmizləmək üçün isə həmin su mütləq bir hovuza yığılmalıdır və bir neçə gün ərzində radon özü suyun tərkibindən ayrılıb uçacaq. Müalicə məqsədi ilə istifadə edilən su vannalarında cüzi miqdarda radon olması normaldır, amma radionun qarışdığı suyun içilməsi qadağandır”.

Radon rəngsiz, iysiz radioaktiv qazdır, əsasən, uranla zəngin olan mədənlərdə, mağaralarda daha çox yayılır, qranit və vulkanik süxurlarda yüksək miqdarda olur və insan səhhəti üçün ciddi təhlükə törədir. Radonun ən ciddi təsiri radiaktivlikdən gələn alfa şüalanmasıdır. İnsan radon qazı qarışmış hava ilə uzun müddət nəfəs alsa zəhərlənməyə və az dozalı daxili şüalanmaya məruz qalacaq. Orqanizmin bu maddə ilə zəhərlənməsi heç bir əlamətlə hiss olunmur, lakin illər sonra zəhərlənmiş insan ciddi xəstəliklərdən əziyyət çəkir. Radon su, toz və dumana qarışaraq qida və nəfəs yolları vasitəsilə insan orqanizminə asanlıqla daxil olur, immun sistemini, qan yaradan hüceyrələri, sümük iliyini, ağ ciyərləri və nəfəs yollarını zədələyir. Bu isə ağciyər xərçənginə, qan xəstəliklərinə və genetik xəstəliklərə səbəb olur. Radonun siqaret çəkən insanlarda xərçəng xəstəliyi törətmə ehtimalı daha çoxdur.

Son xəbərlər

Ceyhun Bayramov Qətərə işgüzar səfərə YOLA DÜŞDÜ

Bakının məşhur restoranında ÖLÜM: Rəqs edərkən... - TƏFƏRRÜAT

Xadimə evdən 60 minlik qızıl-zinət əşyaları OĞURLADI 

Özbəkistanın mədəniyyət naziri Azərbaycana səfər edəcək

Yan Vanmin: "Azərbaycan Çin üçün çox vacib tərəfdaşdır"

“Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsi keçirildi - FOTOLAR

Bakıda bu ərazidə yeni park salınacaq - RƏSMİ

Məşhur aktyor polisə ÇAĞIRILDI - FOTO

Qazaxda mina partlayışı OLDU, XƏSARƏT ALAN VAR

Putinin Türkiyəyə səfəri yubadılır - Səbəb nədir?

Sabah 32 dərəcə isti olacaq

Fransa müxalifəti Makrona qarşı: "Satqın, milli təhlükə, dəli..."

Məşhur müğənni ikinci dəfə ana oldu - FOTO

Roza Zərgərlinin paylaşımı müzakirə doğurdu - VİDEO

Prezident bu şəxsləri nazir müavini TƏYİN ETDİ - FOTO

Bu sürücülərə CƏRİMƏ YAZILA BİLMƏZ - Ekspert AÇIQLADI 

Azərbaycan Səudiyyə Ərəbistanı ilə potensial əməkdaşlığı MÜZAKİRƏ ETDİ

Si Cinpin Fransa, Serbiya və Macarıstana səfər edəcək

Rasim Hüseynov vəzifəsindən AZAD EDİLDİ - SƏRƏNCAM

Blinken Səudiyyə Ərəbistanında SƏFƏRDƏDİR

Bütün xəbərlər