BAKU Azərbaycan
°C

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Adil Məmmədov küçəsi, 11 ünvanında yerləşən “AMK İNŞAAT”a məxsus çoxmərtəbəli yaşayış kompleksində təlim keçirib.

FHN-dən bildirilib ki, təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.

Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi və süni maneə səbəbindən yanğın avtomobillərinin yaşayış binasına və istismara yararlı yanğına qarşı su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədiyi, binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilmədiyi müəyyən edilib.

Qeyd olunan nöqsanların aradan qaldırılması barədə binanın yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı “tapşırıqlar” verilib, eyni zamanda yaşayış binasının sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb. Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.

 

Son xəbərlər

Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA: Yaxın günlərdə... 

Prezidentlər Birgə Bəyənnamə İMZALADILAR

Azərbaycan və Bolqarıstanın birinci xanımlarının GÖRÜŞÜ OLDU

Eldarın istefası tələb olunur

Gecə saatlarında Xocalı meşəsindən gələn səslər əsgərləri ŞOKA SALDI - ANBAAN VİDEO

Bu il keçid balları necə olacaq? - “200 bal toplayan bütün abituriyentlər...” 

Nasistlər İkinci Dünya Müharibəsindən sonra Ayda baza qurub?

Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi

ABŞ səfiri Putinin andiçmə mərasiminə qatılmadı, Rusiyanı TƏRK ETDİ

Bu halda kartınızdakı pullar oğurlana bilər - DİN-dən XƏBƏRDARLIQ!

Rusiya bu ölkə ilə ticarəti 240 milyard dollara çatdırıb – RƏQƏMLƏR

İsrail təmsilçiləri HAMAS-la danışıqlar üçün Qahirəyə GEDİR

“Aşk-ı Memnu”nun məşhur aktrisası TANINMAZ HALDA - FOTOLAR

Banklar hər hərracda 70-80 milyon dollar alır - Səbəb nədir?

Çində xəstəxanaya HÜCUM: 10 ölü, 23 yaralı

Prezident TƏSDİQLƏDİ: Bu şəxslər 600 manatadək cərimə ediləcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Xanəndənin qayınatası vəzifəsindən azad edildi

Şəhid qardaşının ölümü ilə bağlı cinayət işi açıldı

Ər onu "Xoşqədəm"də axtarır, özü Lalənin efirindədir - FOTO

Bütün xəbərlər