BAKU Azərbaycan
°C

Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqə turnirini 2 medalla başa vurublar.

Gundem.az xəbər verir ki, yarışın son günündə milli komandanın iki üzvü - Vüqar Talıbov və Camal Qamzatxanov tatami üzərinə çıxıb.


90 kq-da çıxış edən Talıbov startda Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Aram Qriqoryana uduzaraq, mübarizəni dayandırıb.

100 kq-dan yuxarı çəkidə yer alan Camal Qamzatxanov isə ilk görüşündə gürcüstanlı İrakli Demetraşvilini üstələsə də, 1/4 finalda kubalı Eddi Qrande ilə bacarmayıb. Amma rəqib finala çıxdığından Azərbaycan cüdoçusu təsəlliverici qarşılaşmalara qatılmaq hüququ qazanıb. Özbəkistanlı Şohruxon Baxtiyorova məğlub olan Qamzatxanov yekunda 7-ci yeri tutub.

Qeyd edək ki, Azərbaycan yığmasına medalları kişilərdən Turan Bayramov (60 kq), qadınlardan isə Gültac Məmmədəliyeva (52 kq) qazandırıblar. Onlar müvafiq olaraq fəxri kürsünün 1-ci və 3-cü pilləsinə qalxıblar.

Son xəbərlər

Vilayət Eyvazov onu rəis TƏYİN ETDİ

Əhaliyə bu tarixlərlə bağlı XƏBƏRDARLIQ - Ehtiyatlı olun!

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTOLAR

BP-nin dəstəyilə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramı yaradılıb

Məhkəmədən Anar Məmmədli ilə bağlı QƏRAR

Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün vaxtı AÇIQLANDI

Ukrayna savaşında YENİ MƏRHƏLƏ: “Zaman Kiyevin əleyhinədir, Moskva isə...”

Bu rayonlarda işıq OLMAYACAQ - ƏHALİYƏ XƏBƏRDARLIQ!

Bəzi yerlərə leysan yağdı, dolu düşdü - FAKTİKİ HAVA

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Şərura dolu DÜŞDÜ

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO

Bütün xəbərlər