BAKU Azərbaycan
°C

Rusiya imperiyası, sonradan isə Sovet İttifaqının qayğısı olmasaydı, Ermənistan adlı bir ölkə də heç olmayacaqdı. Üstəlik, yüzminlərlə erməni cəbhədə ölmüşdü, Ermənistanda bunu necə yaddan çıxara bilərdilər ki? Hesab edirəm ki, burada erməni siyasi isteblişmentinin günahı açıq-aşkardır.

Gundem.az xəbər verir ki, bunu Oxu.az-a müsahibəsində beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, “Jurnalist araşdırmaları” Yutub kanalının aparıcısı Yevgeni Mixaylov Ermənistanda Faşizm üzərində Qələbə Günü tamam ayrı “qəhrəman”ların – “Nemezis” əməliyyatında iştirak edən terrorçuların, Qaregin Njde kimi başkəsənin xatirəsinin yad edilməsini şərh edərkən bildirib.

Ekspert hesab edir ki, hazırda Ermənistanda İkinci Dünya müharibəsinin yekunlarının yenidən nəzərdən keçirilməsi prosesi baş verir:

“Ancaq hələ ki tədricən, çünki ildən-ilə sayları azalsa da, veteranların bir qismi, həmin dövr haqda xatirələr durur. İndi biz Ermənistanda faşizmin açıq-aydın intibahını görürük. Yəhudiləri, tatarları, rusları öldürməyə çağıran, Üçüncü Reyxlə əməkdaşlıq edən Qaregin Njdeyə abidə ucaldıblar. O adama 25 il həbs cəzasının verilməsi təsadüfi deyildi (mühakimə olunduğu 1948-ci ildə bu, ən yüksək cəza tədbiri idi, ölüm hökmü ləğv edilmişdi – red.), Njde Vladimir həbsxanasında öldü. Onun “tsağakronizm” – (ermənicə “irqin daşıyıcısı” – red.) milli ideologiyasından, ekspertlərin sözlərinə görə, İtaliyanın əsas faşisti Benito Mussolini və Adolf Hitler istifadə edirmişlər. Belə çıxır ki, Ermənistanın indi milli qəhrəman saydığı adam ümumdünya faşizm ideologiyasının banilərindən biri olub.

Bu yaxınlarda isə Ermənistanda terrorçu “qəhrəman”ların – Türkiyə və Azərbaycan Demokratik Cümhuriyyətinin siyasi xadimlərini öldürən daşnakların şərəfinə “Nemezis” abidəsi qoydular. Bütün bunları nə ilə izah etmək olar? Cavab birdir – ermənilər keçmişlə yaşayırlar. Qəhrəmanları isə terrorçulardır”.

Yevgeni Mixaylov hesab edir ki, Ermənistan öz dövlətçiliyinin itirilməsi təhlükəsi ilə üz-üzədir:

“Xalq, əlbəttə ki, qalacaq, ancaq ermənilərin yaydıqları nifrət ideologiyası səbəbindən dövlətçilikləri olmaya bilər. Bakı İrəvana sülh müqaviləsi təklif edir, qonşularına izah edir ki, belə yaşamaq olmaz, birbaşa deyir ki, onlar özlərinə lazım olan “qəhrəman”ları seçməyiblər. Heyhat, nəticəsi yoxdur. Azərbaycanın dövlətçiliyi artıq yaşa dolub, Ermənistanda isə döl səviyyəsindədir”.

Son xəbərlər

Hamiləlik zamanı stressə məruz qalmağın FƏSADLARI - Məlum olub ki...

Polşa ukraynalıların qəbulunu DAYANDIRDI: "Məcbur deyilik!"

ABŞ Nigeriyadan qoşunlarını çıxarmağa başladı

İş yerlərinin 80 faizi Bakıda açılıb – RƏQƏMLƏR

Cavanşir körpüsü sökülür, nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILDI

Günəşdə partlayışlar bu tarixdə maksimuma ÇATACAQ

Azərbaycanda olan işsizlərin sayı AÇIQLANDI

Siyasi liderlərin həlak olduğu QƏZALAR - XRONOLOGİYA

Putin müdafiə nazirinə yeni müavin təyin etdi

İtaliya Azərbaycana yeni səfir TƏYİN ETDİ

Ərdoğan Nazirlər Kabinetini topladı

Mincivan qəsəbəsinə köçürüləcək sakinlərin sayı AÇIQLANDI

51 yaşlı qadını döyüb telefonunu əlindən aldı - FOTO 

“iPhone”un ən bahalı və ən nazik modeli TƏQDİM EDİLƏCƏK

Qayınanası ilə evləndi və toy xərclərini qayınatası ödədi 

“Yaralı” qanadlar: İranda son illərin aviasiya qəzaları – DOSYE

BMT iclasa sükutla başladı -  Rusiyanın xahişi ilə...

İranın xarici işlər nazirinin CƏSƏDİ TAPILDI - FOTO 

Talıb Taledən Zeynəblə bağlı AÇIQLAMA: "İlk gündən onu..."

Qarabağda yeni idarə yaradıldı

Bütün xəbərlər