BAKU Azərbaycan
°C

İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi ilə bağlı əmlakın müsadirə olunma qərarından ailə üzvləri tərəfindən verilmiş kassasiya şikayətinə baxılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə baxılan iş üzrə qərar elan olunub.

Məhkəmə məhkum şəxsin ailə üzvlərinin şikayətini əsassız sayıb. Dəyəri 5 milyon manatdan artıq qiymətləndirilən əmlakların dövlət nəfinə müsadirəsi qərarı qüvvədə saxlanılıb. Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta İbrahimova 5 milyon 218 min manatlıq mənzilləri və 2 minik avtomobilinin, oğlu Məhəmməd Hacıyev isə 126 000 manatlıq "Land Rover" markalı avtomobilin müsadirədən azad olunmasını istəyirdi.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib.

Hökmə əsasən, üzərinə həbs qoyulmuş 5 344 000 manatlıq əmlak dövlət nəfinə müsadirə olunub.

Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Son xəbərlər

Mayın 12-də Azərbaycan dili imtahanı KEÇİRİLƏCƏK

Mayda bu bürcləri böyük məbləğlər gözləyir

İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü BAŞLADI

Milli Məclisin iclası BAŞLADI - 18 məsələ MÜZAKİRƏ EDİLİR

Robert Simoniç: "Azərbaycan və Slovakiya qarşılıqlı ticarət dövriyyəsini artırmağa davam edəcəklər"

Bakıda 4-cü DİM Dialoqu keçirilir

Mikayıl Cabbarov: "Azərbaycan Orta Dəhlizin Şərqlə Qərbi birləşdirən etibarlı ticarət yolunun yaranmasında mühüm rol oynayıb"

Çinarə türk futbolçu sevgilisindən AYRILDI - VİDEO

Azərbaycan elminə AĞIR İTKİ - FOTO

Azərbaycan və Slovakiya arasında sənədlər İMZALANDI

Nazir: "Azərbaycanla Slovakiya arasında əlaqələr sürətlə inkişaf edir"

Bakıda Azərbaycan-Slovakiya Biznes Forumu BAŞLADI

Bu rayonlarda qaz OLMAYACAQ - XƏBƏRDARLIQ

Satışda olan saxta məhsulları necə ayırd edək? - VİDEO

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Bakıda 17 min manata pişik satılır - VİDEO

Sabah 4 rayonda qaz olmayacaq

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

HƏMAS İsraillə atəşkəsə RAZILAŞDI

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO

Bütün xəbərlər