BAKU Azərbaycan
°C

Yay mövsümünün əsas təhlükələrindən biri ilan sancmasıdır.

Gundem.az xəbər verir ki, TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayevanın sözlərinə görə, ilan sancması zamanı ilanın diş kanallarında olan zəhər zərərçəkənin bədəninə keçir və zəhərin yayıldığı sahələrə əsasən müxtəlif simptomlara rast gəlinir:

“İlkin olaraq dəri qızarır, şişir, göyərməyə başlayır və zərərçəkəndə qorxu, təşviş, başgicəllənmə, ürəkbulanma, nəfəs darlığı kimi əlamətlər müşahidə olunur. Bu zaman insanların yanlış müdaxilə etməsi zərərçəkənin vəziyyətini daha da ağırlaşdıra bilər.

İlan sancması zamanı zəhərin bədənin müxtəlif sahələrinə yayılmasının qarşısını almaq lazımdır. Yaranı kəsmək, çərtmək, yandırmaq, sarımsaq və ya qatıq kimi vasitələrlə sürtmək qətiyyən olmaz. İlan sancan nahiyəyə çox toxunmaq və hərəkət etdirmək zəhərin daha da yayılmasına səbəb ola bilər. Bu halda zərərçəkəni sakitləşdirib rahat vəziyyət verilməli, mütləq ilan sancan nahiyə hərəkətsiz vəziyyətə gətirilməlidir. Yaranı su ilə yumaq, soyuq kompress qoymaq olar. Zərərçəkənin həyati vacib funksiyalarına (nəbz, tənəffüs) nəzarət etməklə dərhal tibbi yardım çağırmaq və ya yaxında olan tibb müəssisəsinə çatdırmaq lazımdır. Daha sonra həkim nəzarəti altında müəyyən analizlərdən sonra ilan zəhərinə qarşı zərdab tətbiq edilə bilər. Zərdabın effektivliyi isə ilk sutka ərzində özünü göstərməyə başlayır”.

Son xəbərlər

Bakı-Sumqayıt qatarını daşa basdılar - RƏSMİ

Gürcüstanda etiraz aksiyaları: Polis su şırnaqları və rezin güllələrlə insanları dağıtdı

50 aptekdə yoxlama aparıldı, 7-də nöqsan aşkarlandı

Neft ucuzlaşır – “Azeri Light”ın YENİ QİYMƏTİ

Bu şəhərdə dondurma və pizza yemək QADAĞAN EDİLƏCƏK

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

19, 20, 21 və 28 may tarixləri ilə bağlı əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!

İlham Əliyev İraq Parlamentinin sədrini QƏBUL ETDİ - FOTO

Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO

Ağakərimin son vəziyyəti AÇIQLANDI

Ukraynada yaralanan azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI

Gömrük Komitəsinin sabiq əməkdaşına hökm oxundu

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi

Addison xəstəliyi nədir və necə müalicə olunur?

Bəy gəlini "moyka"da "yudu" - VİDEO

Fransa XİN başçısı Benyamin Netanyahu ilə GÖRÜŞDÜ 

Əhaliyə hava ilə bağlı MÜHÜM XƏBƏRDARLIQ!

Məşhur yazıçı VƏFAT ETDİ - FOTO

İbtidai siniflərə yaz tətilində ev tapşırığı verilməlidirmi? - Təhsil ekspertindən AÇIQLAMA

Bütün xəbərlər