BAKU Azərbaycan
°C

Tərtər rayonunun Talış və Zəngilan rayonunun Ağalı kəndlərində məskunlaşan əhalinin nəqliyyat xidmətlərinə olan tələbatını ödəmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Tərtər şəhəri-Talış kəndi rayondaxili və Horadiz şəhəri (Füzuli)-Ağalı kəndi (Zəngilan) rayonlararası müntəzəm avtobus marşrutları üzrə avqustun 4-də müsabiqə keçiriləcək.

Müsabiqə elanı işğaldan azad edilmiş digər ərazilərə də avtobus reyslərinin təşkil edilməsi haqqında istəklərin artmasına səbəb olub. Belə ki, xüsusilə sosial şəbəkələrdə bununla bağlı istəklərini dilə gətirən sakinlər Kəlbəcər və Laçına da avtobus reyslərinin təşkil olunmasının arzusundadırlar.

Bəs bu ərazilərə qayıdış başladığı halda avtobus reyslərinin təşkili niyə gecikir? Sakinlər üçün bu xidmətlər nə zaman reallaşdırılacaq?

Bununla əlaqədar Oxu.Az-ın sorğusuna cavab olaraq AYNA-dan bildirilib ki, işğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi və müxtəlif istiqamətlərdən yeni avtobus marşrutlarının açılması tələbatla yanaşı, mövcud infrastruktur nəzərə alınmaqla həyata keçirilir:

“İşğaldan azad olunmuş ərazilərə səfər zamanı həm sərnişinlərin, həm də ümumilikdə hərəkətin təhlükəsizliyi təmin edilməlidir”, - deyə qurumun məlumatında vurğulanıb.

Qeyd edək ki, müntəzəm avtobus marşrutları üzrə müsabiqələr “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişindaşımalara daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Onu da qeyd edək ki, Böyük Qayıdışa əsasən, indiyə qədər Laçın şəhərinə ümumilikdə 55 ailə - 213 nəfər köçürülüb. Kəlbəcər rayonuna isə köç prosesi çox sayda fermerlər və arıçıların, eləcə də heyvandarlıqla məşğul olan rayon sakinlərinin dədə-baba yurduna qaytarılması ilə başlayıb.

Son xəbərlər

Magistral yolun bir hissəsi uçdu: 18 avtomobil uçuruma düşüb, tələfat var

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Bakı-Sumqayıt qatarını daşa basdılar - RƏSMİ

Gürcüstanda etiraz aksiyaları: Polis su şırnaqları və rezin güllələrlə insanları dağıtdı

50 aptekdə yoxlama aparıldı, 7-də nöqsan aşkarlandı

Neft ucuzlaşır – “Azeri Light”ın YENİ QİYMƏTİ

Bu şəhərdə dondurma və pizza yemək QADAĞAN EDİLƏCƏK

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

19, 20, 21 və 28 may tarixləri ilə bağlı əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!

İlham Əliyev İraq Parlamentinin sədrini QƏBUL ETDİ - FOTO

Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO

Ağakərimin son vəziyyəti AÇIQLANDI

Ukraynada yaralanan azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI

Gömrük Komitəsinin sabiq əməkdaşına hökm oxundu

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi

Addison xəstəliyi nədir və necə müalicə olunur?

Bəy gəlini "moyka"da "yudu" - VİDEO

Fransa XİN başçısı Benyamin Netanyahu ilə GÖRÜŞDÜ 

Əhaliyə hava ilə bağlı MÜHÜM XƏBƏRDARLIQ!

Bütün xəbərlər