BAKU Azərbaycan
°C

Xəbər verdiyimiz kimi, iyulun 10-da Bakıda terror aktı törətməyə hazırlaşan 33 yaşlı Favzan Musa Xan (Fawzan Mosa Khan) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

Onun digər şəxslərlə qabaqcadan əlbir olaraq Azərbaycan ərazisində ictimai sabitliyi pozmaq məqsədilə üçüncü ölkənin Bakıdakı səfirliyinə terror aktı planlaşdırmaqda şübhəli bilinir. DTX-nin rəsmi məlumatında hansı səfirliyin hədəf alındığı açıqlanmayıb.

Gundem.az xəbər verir ki, İsrailin “i24 news” telekanalı iddia edir ki, terrorçunun hədəfi İsrailin Bakıdakı səfirliyi olub. Yayılan əməliyyat görüntülərində terrora cəhd edən şəxsin İsrail səfiriyi ətrafında həbs olunduğu əks olunur.  

Müəllifin sözlərinə görə, işin hər tərəfində İran barmaq izləri var, sanki Tehran bu işdə iştirakının heç bir izini gizlətmək istəmirdi: “İranın birbaşa iştirakını göstərən ipucu Xanın Əfqanıstan vətəndaşı olmasıdır. Minlərlə əfqan İran İnqilabı Keşikçiləri Korpusunun dəstəklədiyi “Fatimiyyun” hərbi birləşməsinə cəlb edilməklə Suriya və Livanda İranın  əsas proksi qüvvəsi kimi müxtəlif tapşırıqları yerinə yetirib. “İşə qəbul” edilənlər əsasən miqrant statusuna görə iqtisadi məhrumiyyətlər yaşayan və dini fanatizmə meyilli insanlar olur”.

Müəllif yazıda Bakıda israillilərə hücum etmək cəhdlərinin hamısının Tehran və ya İran İnqilab Keşikçiləri tərəfindən planlaşdırıldığını bildirir: “ 2007-ci ildə İsrailin Bakıdakı səfirliyinə və Azərbaycanın şimalında Rusiyanın icarəyə götürdüyü Qəbələ Radiolokasiya Stansiyasına (RLS) hücum planlaşdırdıqlarına görə 12 ildən 15 ilədək həbs cəzası alan şəxslər də İranın təlimatlandırdığı Livan vətəndaşları olublar. Onların Livanın Hizbullah terror qruplaşması və SEPAH ilə əlaqəsi var idi.

Eyni zamanda, 2012-ci ildə Bakıda işləyən israillilərə və digər əcnəbilərə qarşı hücumlar törətmək üçün silah və partlayıcı maddələr gətirən daha üç terrorçu həbs edilib. Onlardan biri İran vətəndaşı idi”.

Son xəbərlər

Magistral yolun bir hissəsi uçdu: 18 avtomobil uçuruma düşüb, tələfat var

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Bakı-Sumqayıt qatarını daşa basdılar - RƏSMİ

Gürcüstanda etiraz aksiyaları: Polis su şırnaqları və rezin güllələrlə insanları dağıtdı

50 aptekdə yoxlama aparıldı, 7-də nöqsan aşkarlandı

Neft ucuzlaşır – “Azeri Light”ın YENİ QİYMƏTİ

Bu şəhərdə dondurma və pizza yemək QADAĞAN EDİLƏCƏK

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

19, 20, 21 və 28 may tarixləri ilə bağlı əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!

İlham Əliyev İraq Parlamentinin sədrini QƏBUL ETDİ - FOTO

Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO

Ağakərimin son vəziyyəti AÇIQLANDI

Ukraynada yaralanan azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI

Gömrük Komitəsinin sabiq əməkdaşına hökm oxundu

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi

Addison xəstəliyi nədir və necə müalicə olunur?

Bəy gəlini "moyka"da "yudu" - VİDEO

Fransa XİN başçısı Benyamin Netanyahu ilə GÖRÜŞDÜ 

Əhaliyə hava ilə bağlı MÜHÜM XƏBƏRDARLIQ!

Bütün xəbərlər