BAKU Azərbaycan
°C

Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin icraatında “Tərtər işi” üzrə ittiham olunan 5 nəfər - general-mayor Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun cinayət işi üzrə məhkəmə istintaqı davam edir.

Gundem.az “Unikal”a istinadən xəbər verir ki, Vətən müharibəsinin iştirakçısı, polkovnik-leytenant Ziya Kazımovun da adı əsassız olaraq hallanan işlə bağlı aparılan məhkəmə istintaqı gedir.

Məlumat üçün bildirək ki, Z.Kazımov böhtan atılaraq günahsız istintaqa cəlb olunub, həbs edilmişdi. Bu günə kimi aparılan istintaq zamanı verilən ifadələr, ortaya qoyulan faktlar sübut edir ki, Z.Kazımovun “Tərtər işi” adlanan prosesdə heç bir iştirakı olmayıb və ona irəli sürülən ittihamlar tamamilə əsassızdır. 

Onu da qeyd edək ki, bir müddət öncə Z.Kazımovun ailəsi Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlamışdı. Müraciətdə bildirilirdi ki, polkovnik-leytenant Kazımova böhtan atılaraq həbs olunub. Ona qarşı irəli sürülən ittihamların heç bir əsası olmadan həbsdə saxlanılır. Müraciətdən sonra onun keçdiyi döyüş yolu, yüksək peşəkar xidməti və təqsirsizliyi nəzərə alınaraq azadlığa buraxılmışdı. Belə ki, 2021-ci il 24 fevral tarixində Z.Kazımovun işi ilə bağlı Bakı Hərbi Məhkəməsində proses keçirilib, barəsində seçilən həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdi. Bundan sonra polkovnik-leytenant Kazımov xidmətə qayıdıb və hazırda da öz işini davam etdirir. 

Məhkəmə prosesi barədə açıqlama verən Z.Kazımovun vəkili Bəhruz Bayramov qeyd edib ki, ümumilikdə 90 nəfərdən çox şahid ifadə verərək müvəkkilinin təqsirsiz olduğunu bildiriblər: “62 zərərçəkmişdən 61-i dindirilib, 31 nəfər şahidin hamısı ifadə verib. Bütün ifadə verənlər Ziya Kazımovun işgəncə və yaxud digər qanunsuz proseslərdə iştirak etmədiyini bildiriblər. 8 nəfər ifadəsində bildirib ki, işgəncə nəticəsində həlak olan Adil Sabirlinin ölümü ilə bağlı Ziya Kazımovun hər hansı təqsiri yoxdur. Ümumiyyətlə, o, bu prosesdə iştirakçı olmayıb.  Təqsirləndirilənlərdən olan korpus rəhbərliyindən biri ifadə verdi və bildirdi ki, Ziya Kazımova orada dindirmə yeri üçün bir otaq təşkil etsin. O da verilən əmrə uyğun olaraq elə bir otaq təşkil edib. Yəni, bütün sübutlar və ifadələr onu göstərir ki, Ziya Kazımov bu işdə təqsirsizdir. Buna əsasən də Ziya Kazımova bəraət verilməsini tələb edirik”.

Son xəbərlər

Məşhur yazıçı VƏFAT ETDİ - FOTO

İbtidai siniflərə yaz tətilində ev tapşırığı verilməlidirmi? - Təhsil ekspertindən AÇIQLAMA

COP29-un rəsmi saytı istifadəyə VERİLDİ

Milli Şuranın mitinqlə bağlı müraciətinə CAVAB VERİLDİ - RƏSMİ

Qohumu Ağstafa icra başçısına qarşı məhkəmədə İFADƏ VERDİ

İlham Əliyev Aleksandr Zuyevi QƏBUL ETDİ

Dövlət ötən il 3 mindən çox insana ev verib – Daha çox bu şəxslər mənzil aldı

Azərbaycanda vəzifəli şəxslər CİNAYƏT BAŞINDA YAXALANDILAR

“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanıldı

Bakının bu qəsəbələrində ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO

Elektron ticarət nəhəngi bir gündə 1,6 milyard dollar qazanıb – RƏQƏMLƏR

Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini niyə dəyişmədi? - ŞƏRH

Pentaqon ÇIXILMAZ VƏZİYYƏTDƏ: Kiyevə yardımla bağlı problemlər var 

Əli Əsədov Muharrem Kılıçla GÖRÜŞDÜ

Oğurluq edən şəxs SAXLANILDI

Ötən ay Azərbaycan sərhədini pozan 26 nəfər SAXLANILDI - FOTO

Birbank taksit kartı ilə ilk alış-verişdə 10% keşbek qazanın

Nigar Rüstəmliyə yüksək VƏZİFƏ VERİLDİ - FOTO

İlham Əliyev İsmayıl Berdiyevi QƏBUL ETDİ - FOTO

Rusiyalı milyarderlər sərvətlərini daha da ARTIRDILAR - RƏQƏMLƏR

Bütün xəbərlər