BAKU Azərbaycan
°C

Dekabrın 13-də Qazax rayonunda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi prosesi baş tutub.

Gundem.az  xəbər verir ki, proses zamanı Ermənistan tərəfindən isə Azərbaycanın 2 hərbi qulluqçusu- Hüseyn Axundov və Aqşin Bəbirov azad olunub.

Azərbaycan tərəfi isə erməniəsilli 32 şəxsi qarşı tərəfə təhvil verib.

Qeyd edək ki, cari ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülmüşdü.

Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi hərbçilərin azad edilməsi barədə razılıq əldə olunub. (Report.az)

Son xəbərlər

Buraxılış imtahanının nəticələri açıqlandı

Azərbaycanda peyklə yayımlanan radiokanalların sayı ARTDI

Məşhur müğənninin həbsinə səbəb olan GÖRÜNTÜLƏR - FOTO

"TikTok"dan istifadəçilərini narazı salacaq ADDIM - Artıq...

Putindən Xarkovla bağlı MÜHÜM AÇIQLAMA: "Bu gün..."

Lerikdə dağ uçdu, qaya parçaları yolu BAĞLADI

Aprelin 21-dəki buraxılış imtahanının nəticələri AÇIQLANDI

Əməkdar artist müğənnini LAĞA QOYDU: "Hissdir, kömürdür bilmirəm..." - VİDEO

Gəncədə avtomobil qaçıran şəxs SAXLANILDI

AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə GÖRÜŞDÜ

"Telefon, hesab və fərdi məlumatlarınız..." - Əhaliyə təhlükəsizliklə bağlı XƏBƏRDARLIQ!

Slovakiya Prezidenti sui-qəsdə uğrayan Baş nazirdən DANIŞDI: "Kritik saatlar..." 

Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı - FOTO

Azərbaycanda bu şəxslərə verilən müavinət DAYANDIRILDI - RƏSMİ

Latviya Parlamenti sədrinin Azərbaycana səfər tarixi MƏLUM OLDU

Britaniya Rusiyanın iki şirkətinə qarşı sanksiyalar TƏTBİQ ETDİ

"Qərb Rusiya ilə danışıqlara başlaması üçün Zelenskiyə təzyiqə hazırlaşır" - İDDİA

Tanınmış aparıcı AzTV-dən AYRILDI: "Çox çətindir, amma..." - FOTO

Millət vəkilləri bu tarixdə 11 məsələnin müzakirəsi üçün TOPLAŞACAQLAR 

Putin: "Rusiyanın Xarkovu tutmaq planı yoxdur"

Bütün xəbərlər