BAKU Azərbaycan
°C

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq.

Bu barədə Gundem.az-a Azəriqaz İB-dən bildirilib.

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı 28.03.2024-cü il tarixdə saat 09:00-dan "Kürdəmir" və "Göyçay-1 Əhali" ölçü qovşaqlarından, "Sığırlı" və Göyçay 2" ölçü qovşaqlarından qidalanan orta təzyiqli əhali qaz xətlərindən qaz təchizatının dayandırılması planlaşdırılır.

"Qaz İxrac" İdarəsinə məxsus "Beyləqan-Horadiz" yüksək təzyiqli magistral qaz kəmərinin 54,5-ci km-də "Əhmədbəyli-Füzuli-Şuşa" avtomobil yolu ilə kəsişməsində təhlükəsiz əraziyə köçürülmüş qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı 28.03.2024-cü il tarixində saat 09:00-dan "Füzuli Diaqnostika" və "Füzuli-Horadiz" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Həmçinin paytaxtın Suraxanı rayonu ərazində "Suraxanı əhali" qaz xəttinin yeraltı hissəsində aşkar olunmuş qaz sızmasının ləğv olunması, Əmircan qəsəbəsinin Park küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması, A. Rzayev küçəsində xəttin hündürlüyə qaldırılması və siyirtmələrin yenisi ilə əvəz olunması, Suraxanı QPM-də siyirtmənin yenisi ilə əvəz olunması, Suraxanı Mədən ərazisində KOB-29 proqramı ilə əlaqədar qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədilə 28.03.2024-cü il tarixində saat 10:00-dan qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə Kürdəmir rayonunun (Kürdəmir şəhəri, rayonun 52 kəndi), Göyçay rayonunun (Göyçay şəhəri və rayonun 25 kəndi) bir hissəsinin eləcə də Füzuli rayonunun bir hissəsinin (Horadiz şəhəri, 13 kənd və 5 qəsəbə), Suraxanı rayonunun Bahar, Dədə Qorqud və Suraxanı qəsəbələrinin, eləcə də A.Rzayev və X. Ələkbərov küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Son xəbərlər

Öldürülən BMT əməkdaşlarının sayı AÇIQLANDI

ABŞ-dən Çin nəhənginə QADAĞA – Bu şirkətə çip satışı YASAQLANDI

Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini MÜZAKİRƏ ETDİ

NATO-nun təlimi zamanı 11 əsgər YARALANDI

Bu müəllimlər MİQ-in birbaşa vakansiya seçimində İŞTİRAK EDƏ BİLƏRLƏR

F-16 qırıcısı QƏZAYA UĞRADI

Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini ANDI

Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası KEÇİRİLİR

Britaniya Rusiyanın hərbi attaşesini ölkədən ÇIXARIR

"İnstaqram"da DƏYİŞİKLİK: İzləyici sayı...

Çempionlar Liqası: "Real" doğma meydanda "Bavariya"nı QƏBUL EDƏCƏK

Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə GÖRÜŞDÜ

Zaxarovadan Makronun fikirlərinə SƏRT REAKSİYA: "Hədəfə çevriləcəklər"

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır

Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ZİYARƏT ETDİ

Leysan, dolu, qar... - Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ!

“Virtual Qərbi Azərbaycan” platforması TƏQDİM EDİLDİ

Müəllim işləmək istəyənlərin DİQQƏTİNƏ! 

Azərbaycan lideri bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ

Sabit məzənnə dolları dəyərsizləşdirir - Ekspert səbəbi AÇIQLADI

Bütün xəbərlər