BAKU Azərbaycan
°C

Gündəm.az-ın suallarını Azərbaycanın İrandakı sabiq səfiri, tarixçi alim Nəsib Nəsibli cavablandırıb.

Müsahibəni təqdim edirik. 

- Nəsib bəy, bu gün əksər ölkələrdə 9 may faşizm üzərində qələbə günü kimi qeyd olunsa da, Azərbaycanda bu tarixi hadisəyə münasibət birmənalı deyil. İddia olunur ki, Azərbaycanı özü sovet Rusiyası tərəfindən işğal olunmuşdu və biz bu müharibədə Kremlin diqtəsilə iştirak etmişik. Necə hesab edirsiniz, Azərbaycan 9 mayı qələbə günü kimi qeyd etməldirmi?

- 9 may, yəni faşizm üzərində qələbə bir tarixdir. Ona qiymət vermək məsələsi mübahisə yaradır. Alman faşizmi üzərində qələbə bəşəriyyətin qeyd edə biləcəyi bir gündür, tarixdir. Amma biz 1941-45-ci il müharibəsini  Böyük Vətən Müharibəsi adlandıra bilmərik. Bu yanlışdır. Xüsusilə də istiqlalımızın 31-ci ildönümündə ona Böyük Vətən Müharibəsi deməyimiz yanlışdır. O müharibənin adı İkinci Dünya Müharibəsidir. Bütün dünya belə adlandırır, biz də o cür adlandırmalıyıq. Şər imperiyası olan SSRİ onu Böyuk Vətən Müharibəsi adlandırıb. Biz onu təkrarlamamalıyıq. Mənə görə, 9 may tarixini qeyri-iş günü kimi qeyd etmək də doğru deyil. Hesab edirəm ki, təqvimdə qeyri-iş günləri məsələsinə yenidən baxmaq lazımdır. 

- Rusiya 9 may gününü özəlləşdirib. Digər MDB ölkələrini də sanki məcbur edir ki, bu günü qeyd etsinlər. Doğrudanmı, 9 May əsasən Kremlin qələbəsidir?

- Tamamilə doğru buyurursunuz ki, Rusiya 9 Mayı inhisara alıb. Rusiyada elə düşünürlər ki, hətta digər xalqlar olmasaydı belə onlar alman faşizminə qalib gələ bilərdilər. Yanılırlar. 650 min Azərbaycan vətəndaşı İkinci Dünya Müharibəsində iştirak edib. Onlardan 420 mini geri qayıtmayıb. 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 30 nəfərə "Şöhrət" ordeni verilib. Hələ mən digər MDB ölkələrindəki rəqəmləri qeyd etmirəm. Bu gün Rusiya böyük bir ordusu, müasir silahları ilə Ukrayna ordusuna qalib gələ bilmir. Azərbaycan nefti, azərbaycanlı döyüşçülər olmasaydı, Stalin almanlara qalib gələ bilərdi? Əsla. 
İkinci Dünya Müharibəsində keçmiş sovet ölkələrindəki bütün xalqlar iştirak edib, qurbanlar veriblər. Həmin qurbanların xatirələri yad edilməlidir.   

- Bir müddət öncə Bakının 164 saylı rusdilli məktəbində aşağı sinif şagirdlərinin yaxasına “Georgi lenti” yapışdırılaraq 9 may – Qələbə günü tədbiri keçirildi. Məlumdur ki, “Georgi lenti” Rusiyanın imperiya simvollarından biri hesab olunur. “Georgi lenti”nin bir sıra postsovet ölkələrində qadağan olunduğu halda, Bakıda təhsil ocağında məlum tədbirin keçirilməsi nədən xəbər verir?

- Bu bir rəzillik idi. Utancverici hadisə idi. Düzdür, müəllimə, məktəb rəhbərliyi üzr istədi. Amma üzr istəmək kifayət deyil. Məsələyə, hüquqi qiymət verilməlidir. Azərbaycan 31 ildir ki, müstəqillik qazanıb, amma özünü ziyalı sayan insanlar belə hələ də milli maraqlarımızın nədən ibarət olduğunu anlamırlar. Bizim Rusiyanın imperialist simvollarına münasibətimiz dəyişməlidir. Biz məsələlərə Azərbaycan mövqeyindən yanaşmalıyıq.

- Biz sosial şəbəkələrdən, mətbuatdan da görürük ki, Azərbaycanda hələ də SSRİ-nin xiffətini çəkən, hətta Rusiyanın Ukraynaya hücumunu dəstəkləyən kəsim mövcuddur. Xüsusilə də, Azərbaycandakı separatçı düşüncəli şəxlər açıq-aydın ruspərəstlik nümayiş etdirirlər. Bəzi insanların Rusiyaya olan bu sevgisinin arxasında nə dayanır?

- Azadlıq həm də müstəqillik şüuru tələb edir. Əgər biz istəyiriksə ki, müstəqilliyimiz formal xarakter daşımasın, insanlarımızın da şüuru müstəqilliyə adekvat olmalıdır. Başqa sozlə ifadə etsək, milli şüur, milli düşüncə formalaşmalıdır. Milli düşüncəni ilk növbədə məktəb, rəsmi orqanlar formalaşdırır. Separatçıların Rusiyanı dəstəkləməsinə gəldikdə isə burada təəccüblü hec nə yoxdur. Digər ölkələrdə separatizmi yaradan, dəstəkləyən Rusiyadır. Təşəbbüs Rusiyadan gəlir. Azərbaycanda erməni və digər separatizmin arxasında Rusiyanın imperialist maraqları dayanır.

- Bəzi mənbələrdə qeyd olunur ki, guya Məmməd Əmin Rəsulzadə Hitler iqtidarı ilə hansısa formada əməkdaşlıq edib. Bu məlumat nə dərəcədə doğrudur?

- 1920-ci ildə Azərbaycan Cümhuriyyəti devriləndən sonra Rəsulzadə həbs edilir. Stalin onu Moskvaya aparır. Daha sonra Rəsulzadə Avropaya sığınmalı olur. Almaniya ilə SSRİ arasında müharibə başlayanda Rəsulzadə və Qafqazdan olan digər ziyalılar Berlinə dəvət olunurlar. Berlində Rəsulzadə yalnız Azərbaycanın müstəqilliyinin davasını aparıb. Amma görəndə ki, alman hökuməti xalqların müstəqillik istəklərinə hörmətsiz yanaşır, Berlini tərk edib. O, rusların əlinə keçməmək üçün bir neçə dəfə olduğu şəhərləri tərk edib. Yəni Rəsulzadə ilə faşist Almaniyası arasında heç bir əməkdaşlıq olmayıb.  

Söhbətləşdi: Nurlan 
 

Son xəbərlər

Öldürülən BMT əməkdaşlarının sayı AÇIQLANDI

ABŞ-dən Çin nəhənginə QADAĞA – Bu şirkətə çip satışı YASAQLANDI

Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini MÜZAKİRƏ ETDİ

NATO-nun təlimi zamanı 11 əsgər YARALANDI

Bu müəllimlər MİQ-in birbaşa vakansiya seçimində İŞTİRAK EDƏ BİLƏRLƏR

F-16 qırıcısı QƏZAYA UĞRADI

Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini ANDI

Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası KEÇİRİLİR

Britaniya Rusiyanın hərbi attaşesini ölkədən ÇIXARIR

"İnstaqram"da DƏYİŞİKLİK: İzləyici sayı...

Çempionlar Liqası: "Real" doğma meydanda "Bavariya"nı QƏBUL EDƏCƏK

Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə GÖRÜŞDÜ

Zaxarovadan Makronun fikirlərinə SƏRT REAKSİYA: "Hədəfə çevriləcəklər"

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır

Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ZİYARƏT ETDİ

Leysan, dolu, qar... - Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ!

“Virtual Qərbi Azərbaycan” platforması TƏQDİM EDİLDİ

Müəllim işləmək istəyənlərin DİQQƏTİNƏ! 

Azərbaycan lideri bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ

Sabit məzənnə dolları dəyərsizləşdirir - Ekspert səbəbi AÇIQLADI

Bütün xəbərlər