BAKU Azərbaycan
°C

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İkinci Dünya müharibəsinin iştirakçısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illiyi münasibətilə ona Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordenini təqdim edib.

Gundem.az xəbər verir ki, dövlətimizin başçısına minnətdarlığını bildirən Fatma Səttarova dedi: Azərbaycanımın, Azərbaycan Ordusunun qəhrəman oğlu, Ali Baş Komandan, 44 günün içində o boyda dağlıq yerləri, Qarabağı aldınız. Böyük qəhrəmanlıqdır. Azərbaycan xalqı Sizinlə fəxr edir, Allah qorusun. Siz camaata ruh verdiniz, Siz camaata inam verdiniz, Siz camaata ölkə qaytardınız, Siz Vətən qaytardınız, torpağımızı qaytardınız.

Prezident İlham Əliyev: Bu, bizim hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir.

Fatma Səttarova: Bəli, hamımızın, Azərbaycan xalqının qələbəsidir. Bəli, qələbəsidir, düzdür, o qələbənin rəhbəri lazımdır, o qələbəni qazanmaqdan ötrü rəhbər lazımdır.

Prezident İlham Əliyev: Bu qələbədə veteranların da payı çox olub. Siz hamımız üçün nümunəsiniz. Siz İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmisiniz, böyük fədakarlıq göstərmisiniz. Ondan sonra da həmişə fəal olmuşunuz. Sizi mən yüksək ordenlə təltif etmişəm.

Fatma Səttarova: Bilirəm, çox sağ olun, Allah razı olsun.

Prezident İlham Əliyev: Bu, Azərbaycan dövlətinin ən ali ordenlərindən biridir, “İstiqlal” ordenidir. Siz buna layiqsiniz. Çünki Siz öz həyatınızla istiqlal idelayarımızı tərənnüm etmisiniz və müstəqillik dövründə sizin fəallığınız, sizin sözünüz, qətiyyətli addımlarımınız, dövlətçiliklə bağlı gördüyünüz işlər bizim üçün çox əzizdir və nümunədir.

Fatma Səttarova: Çox sağ olun, Sizə qurban olum.

Prezident İlham Əliyev: Hər zaman sizinlə və digər veteranlarla 9 May Günündə görüşəndə biz Qarabağ haqqında danışırdıq.

Fatma Səttarova: Bəli, ancaq.

Prezident İlham Əliyev: Qarabağ haqqında danışırdıq və mən deyirdim ki, gün gələcək biz torpaqları azad edəcəyik, bax, gün gəldi.

Fatma Səttarova: Şükür, çox şükür.

Sonra Prezident İlham Əliyev Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim etdi və ona möhkəm cansağlığı arzuladı.

***

12:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İkinci Dünya Müharibəsinin iştirakçısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illiyi münasibətilə ona Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordenini təqdim edib.

Gundem.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Son xəbərlər

Onlayn alış-veriş edənləri aldadan şəxs saxlanıldı - FOTO

Mehriban Əliyevadan Qələbə Günü paylaşımı - FOTO 

Öldürülən BMT əməkdaşlarının sayı AÇIQLANDI

ABŞ-dən Çin nəhənginə QADAĞA – Bu şirkətə çip satışı YASAQLANDI

Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini MÜZAKİRƏ ETDİ

NATO-nun təlimi zamanı 11 əsgər YARALANDI

Bu müəllimlər MİQ-in birbaşa vakansiya seçimində İŞTİRAK EDƏ BİLƏRLƏR

F-16 qırıcısı QƏZAYA UĞRADI

Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini ANDI

Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası KEÇİRİLİR

Britaniya Rusiyanın hərbi attaşesini ölkədən ÇIXARIR

"İnstaqram"da DƏYİŞİKLİK: İzləyici sayı...

Çempionlar Liqası: "Real" doğma meydanda "Bavariya"nı QƏBUL EDƏCƏK

Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə GÖRÜŞDÜ

Zaxarovadan Makronun fikirlərinə SƏRT REAKSİYA: "Hədəfə çevriləcəklər"

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır

Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ZİYARƏT ETDİ

Leysan, dolu, qar... - Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ!

“Virtual Qərbi Azərbaycan” platforması TƏQDİM EDİLDİ

Müəllim işləmək istəyənlərin DİQQƏTİNƏ! 

Bütün xəbərlər