BAKU Azərbaycan
°C

Rusiya Azərbaycan və Ermənistanı maksimum təmkinli olmağa, aqressiv ritorikadan çəkinməyə, bütün ərazi mübahisələrini və qarşılıqlı iddiaları müstəsna olaraq siyasi və diplomatik kanallar vasitəsilə həll etməyə çağırır.

Gundem.az xəbər verir ki, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bu kimi məsələlər, o cümlədən anklavların qaytarılması və mübadiləsi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində həll edilməlidir. Biz də öz növbəmizdə Rusiyada mövcud olan unikal kartoqrafik materialları və təcrübəni nəzərə alaraq bu işə maksimum köməklik göstərməyə hazırıq”, - deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, oxşar prinsiplər Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının bərpasına da aiddir.

Zaxarova qeyd edib ki, kompromisləri inkişaf etdirmək üçün yaxşı qurulmuş mexanizm var - bu, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupudur.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi xatırladıb ki, 2023-cü ildə keçirilən son görüşdə tərəflər regionda nəqliyyat və iqtisadi marşrutların açılması üçün hərtərəfli, qarşılıqlı faydalı qərar qəbul etməyə yaxın olublar.

Sonda Zaxarova tərəfləri siyasi iradə nümayiş etdirməyə və “müəyyən edilmiş üçtərəfli formatlarda, o cümlədən üçtərəfli işçi qrupda” qarşılıqlı fəaliyyəti bərpa etməyə çağırıb.

Son xəbərlər

Öldürülən BMT əməkdaşlarının sayı AÇIQLANDI

ABŞ-dən Çin nəhənginə QADAĞA – Bu şirkətə çip satışı YASAQLANDI

Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini MÜZAKİRƏ ETDİ

NATO-nun təlimi zamanı 11 əsgər YARALANDI

Bu müəllimlər MİQ-in birbaşa vakansiya seçimində İŞTİRAK EDƏ BİLƏRLƏR

F-16 qırıcısı QƏZAYA UĞRADI

Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini ANDI

Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası KEÇİRİLİR

Britaniya Rusiyanın hərbi attaşesini ölkədən ÇIXARIR

"İnstaqram"da DƏYİŞİKLİK: İzləyici sayı...

Çempionlar Liqası: "Real" doğma meydanda "Bavariya"nı QƏBUL EDƏCƏK

Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə GÖRÜŞDÜ

Zaxarovadan Makronun fikirlərinə SƏRT REAKSİYA: "Hədəfə çevriləcəklər"

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır

Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ZİYARƏT ETDİ

Leysan, dolu, qar... - Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ!

“Virtual Qərbi Azərbaycan” platforması TƏQDİM EDİLDİ

Müəllim işləmək istəyənlərin DİQQƏTİNƏ! 

Azərbaycan lideri bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ

Sabit məzənnə dolları dəyərsizləşdirir - Ekspert səbəbi AÇIQLADI

Bütün xəbərlər