BAKU Azərbaycan
°C

Aprelin 17-də xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay ilə görüşüb.

XİN-dən Gundem.az-a verilən xəbərə görə, görüş zamanı tərəflər Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritet və planlarını, təşkilat çərçivəsində mövcud işlər və gələcək perspektivləri müzakirə ediblər.

Kayrat Sarıbay Azərbaycanın AQEM çərçivəsində hər zaman fəal iştirak etdiyini məmnunluqla qeyd edib və sədr seçilməsi münasibətilə səmimi təbriklərini çatdırıb. Nəqliyyat bağlantıları, ətraf mühit kimi mövzuların AQEM üçün hazırda ən aktual məsələlərdən olduğunu qeyd edən K.Sarıbay, bu xüsusda Azərbaycanın konstruktiv mövqeyi ilə seçildiyini vurğulayıb.

Görüşdə tərəflər AQEM-in transformasiyası, qurumun fəaliyyətinin birgə maraq doğuran və aktual məsələlər üzrə istiqamətlənməsi, Azərbaycanın sədrliyi ilə keçiriləcək Nazirlər görüşünə və qarşıdan gələn Zirvə görüşünə hazırlıq, COP-29 çərçivəsində əməkdaşlıq imkanları, habelə regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Cəlilabadda tütündən istifadə qaydalarını pozanlar CƏRİMƏLƏNDİLƏR

Partlayışda xəsarət alan şəxs xəstəxanada ÖLDÜ

Almaniya təmsilçisinin futbolçusu gecə klubunda döyüldü

"O pulla özümə evimdən də bahalı maşın aldım"

Sumqayıtda zavod yanır

Azərbaycanlı general vəfat etdi - FOTO

Bakıda sənədsiz evlərin qiyməti ucuzlaşır? - AÇIQLAMA

Tokayev naziri vəzifəsindən AZAD ETDİ

Azərbaycan səfiri britaniyalı nazirlə görüşdü - FOTO

Cəlilabadda 42 nəfər cərimələndi

Sakinlərin NƏZƏRİNƏ: sabah bəzi ərazilərdə qaz olmayacaq

Qazaxıstan prezidenti naziri vəzifəsindən azad etdi

Maskın beş gündə qazancı dünyanı şoka saldı

Xankəndidəki universitetin yataqxanasının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz ələ keçdi

Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI

Mirzoyan: Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına hazırdır

Hərbçilərimiz Aralıq dənizində keçirilən təlimdə iştirak etdilər

İlham Əliyev Edvard Rounu qəbul etdi

FHN-dən hava şəraiti ilə əhaliyə müraciət

Bütün xəbərlər