BAKU Azərbaycan
°C

Bir neçə gün əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar.

Gundem.az-ın əldə etdiyi məlumata görə, onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib. Qeyd edilib ki, ictimai narazılıq və narahatlıq doğuran “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır.

Telekanalların reytinq yarışında etik qaydaların pozulduğu, milli-mənəvi dəyərlərimizə xələl gətirildiyi, insanların şəxsi həyatına kobud müdaxilələrin yol verildiyi bəsit və bayağı verilişlərin çəkisinin artması narahatlıq doğurmaya bilməz. Həmin verilişlərdə eybəcər qalmaqalların əvvəlcədən ssenariləşdirilməsi, auditoriyanın pulla cəlb edilməsi, iştirakçılarla əlaqələrdə korrupsiya sxemlərinin həyata keçirilməsinə dair çoxsaylı şikayətlər var. Gündəlik 3-5 saat davam edən bu verilişlərdə insanların şəxsiyyəti alçaldılır, efirdə təhqir və ədəbsiz ifadələr işlədilir, efir mədəniyyəti, nitq qabiliyyəti, bilik səviyyəsi tələblərə cavab verməyən aparıcılar və ekspertlər isə sanki cəmiyyətə meydan oxuyurlar. 

Telekanalların rəhbərlərinin nəzərinə çatdırılıb ki, vəziyyət belə davam edə bilməz və qısa zamanda bu biabırçılığa son qoyulmayacağı, verilişlərin fəaliyyətində dönüş yaradılmayacağı təqdirdə, qanunauyğun şəkildə sanksiyaların tətbiq olunması, hətta telekanalların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı tədbirlər qaçılmaz olacaq.

Son xəbərlər

İrandan təcili xəbərdarlıq: "Whatsappı silin!"

Məktəbəhazırlıq qruplarına qəbul başlayır - Tarixlər açıqlandı

Pakistan Prezidentindən İlham Əliyevə MƏKTUB

"Ermənistanla Azərbaycan arasında yeni müharibə olmayacaq"

Minlərlə azərbaycanlı, tək missiya - Məqsəd BİRLİKDİR

İran hava məkanı bu tarixə qədər bağlı qalacaq

Prezident qəbul keçirdi - FOTOLAR

Rusiya Sumda 2 kəndi ələ keçirdi

"29 soydaşımız Azərbaycan üzərindən İranı tərk edib" - İtaliya XİN

Bakıda içkili sürücü “ayıq sürücü” xidməti çağırmaq əvəzinə görün nə etdi – VİDEO

Məşhur müğənni axtarışa verildi

Soğanı bu cür doğrasanız gözünüz yaşarmayacaq

MEDİA jurnalistlər üçün müsabiqə elan etdi

Sabah 34 dərəcə isti olacaq

Ermənistan buna hörmətlə yanaşmalıdır - Prezident

Azərbaycanda yeni qurum yaradıldı

Rusiyanın dövlət televiziyasında ərazi bütövlüyümüzə qarşı növbəti hörmətsizlik

Bəzi ixtisaslarda keçid balları arta bilər – DİM sədri

Azərbaycan bu ölkə ilə viza rejimini ləğv etdi

Partlayış səslərinə görə təşvişə düşməyin! - MN

Bütün xəbərlər