Prezident onu nazir müavini təyin etdi
Energetika nazirinin yeni müavini təyin olunub.
Gundem.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Orxan Namiq oğlu Zeynalov energetika nazirinin müavini təyin edilib.
Bu münasibətlə yeni nazir müavini energetika naziri Pərviz Şahbazov tərəfindən kollektivə təqdim edilib.
Nazirliyin aparatı və tabeli qurumların rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilən görüşdə çıxış edən nazir Energetika Nazirliyinin qarşısında duran vəzifələri diqqətə çatdırıb, bu işdə yeni təyin olunmuş nazir müavininə və kollektivə uğurlar arzulayıb.
Qeyd edək ki, Orxan Zeynalov Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2003-2004-cü illərdə Pakistan Xarici Xidmət Akademiyasında xüsusi diplomatik təhsil, 2015-ci ildə isə Harvard Kennedi Məktəbində əlavə təhsil alıb. 2003-cü ildən etibarən Xarici İşlər Nazirliyində müxtəlif vəzifələri yerinə yetirmiş O.Zeynalov 2020-2022-ci illərdə Energetika Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, 2022-2024-cü illərdə isə Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi vəzifəsində çalışıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay