BAKU Azərbaycan
°C

Cari ilin hazırlıq planına əsasən, Quru Qoşunlarında birinci rübün nəticələrinə dair yekun iclas keçirilib.

Müdafiə Nazirliyindən Gundem.az-a bildirilib ki, müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən iclasda Quru Qoşunlarının idarə, şöbə və bölmə rəisləri, eləcə də videobağlantı vasitəsilə birlik, birləşmə komandirləri, onların müavinləri və tabor komandirləri iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İclasda tabelikdəki hərbi hissələrdə 2024-cü ilin birinci rübü ərzində xidməti-döyüş fəaliyyətinin təşkili, bu istiqamətdə görülən işlər, icra edilən tapşırıqlarla bağlı komandirlərin məruzələri dinlənilib, həmçinin qoşun xidmətinin, maddi-texniki təminat və hərbi intizamın vəziyyəti geniş təhlil olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu vəzifələr, o cümlədən müdafiə naziri general-polkovnik Zakir Həsənovun qoşun xidmətinin təşkilinin daha da təkmilləşdirilməsi ilə bağlı tapşırıqları diqqətə çatdırılıb.

İclasın sonunda birinci rübün yekunlarına əsasən hərbi xidmətdə fərqlənənlər qeyd edilib.

Son xəbərlər

Gürcüstan Azərbaycanı ilk dəstəkləyən ölkələrdən idi

Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır

“Baku City Residences” “Dayanıqlı inşaat şirkəti mükafatı”na LAYİQ GÖRÜLDÜ

Bu həftə sonu bu bürclərin bəxti açılacaq: Hədiyyə, xoş xəbər, sürpriz...

Qonşu ölkə işıqsız qaldı

Tanınmış futbolçu faciəvi şəkildə öldü - FOTO

İstirahət gününün HAVASI

Bir günə 22 min manat

Bu qurumun işçilərinin sayı artırıldı

Prezident Qanun imzaladı: 2033-cü il yanvarın 1-dək qüvvədədir

Ancaq özlərini düşünən BÜRCLƏR: dünya-aləm veclərinə deyil

"Üzeyiri nümunə göstərmək FACİƏDİR"

"Gecə ərimlə yatdığımız yerdə durum deyim ki..."

23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir

ABŞ İraqı bombalayanda 150 milyon rus dua etdi - Səfir

Maskın uşaqlarının analarına şok təklifi ortaya çıxdı

Bu klub Mahiri transfer etmək istəyir

İrem ana olacaq - FOTO

Qızıldan tort satışa çıxarıldı - FOTO

Kommunal qiymətlərin artımına görə anasını öldürdü

Bütün xəbərlər