BAKU Azərbaycan
°C

Zaqatalada 2 qohum pomidor turşusundan zəhərlənib.

Gundem.az xəbər verir ki, hadisə rayonun Yuxarı Tala kəndində baş verib. 25 yaşlı Mollahacı Ramazanov ötən gün zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı Mollahacı Ramazanovun pomidor turşusundan zəhərləndiyi məlum olub, vəziyyəti ağır olduğu üçün Bakıya, Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Bu gün isə 61 yaşlı Murad Ramazanov eyni əlamətlərlə xəstəxanaya müraciət edib. Onun da ötən gün qohumu Mollahacı Ramazanovla eyni məclisdə pomidor turşusundan zəhərləndiyi məlum olub. Xəstə öncə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, daha sonra o da paytaxta, Toksikologiya Mərkəzinə təxliyə edilib.

Xəstə yaxınlarının məlumatına görə, ümumilikdə pomidor turşusundan 8 nəfər yeyib, digər 6 nəfərin vəziyyətləri yaxşıdır.

Ailənin digər üzvləri də tibb müəssisəsində yoxlamadan kiçib.

Hadisənin həqiqətən də qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

 

Son xəbərlər

Odessa atəşə tutuldu: ölənlər və yaralananlar var

Səudiyyə Ərəbistanı ABŞ ilə müdafiə paktı bağlamağa yaxındır

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına...

Türkiyədə “TikTok” qadağan olunur?

Bakıda tələbələr saqqala görə dərsə buraxılmadı - FOTO

“Zirə” “Araz-Naxçıvan”a məğlub oldu

Mehriban Əliyeva onu təbrik etdi: "Səninlə fəxr edirəm!"

Blinken Hakan Fidanla bunları müzakirə edibmiş

Tiflisdə hökumət tərəfdarları aksiya keçirir

Azərbaycanda körpə ölümlərinin əsas səbəbi nədir?

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Atasını bıçaqlayan qız xəstəxanaya yerləşdirildi

Kəlbəcərdə usta 4-cü mərtəbədən YIXILDI

Kupman Azərbaycana gəlir

Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı

ABŞ bu türk ölkəsindən 81 təyyarə aldı

Samir Şərifov Ukraynanın yeni səfiri ilə görüşdü

Paytaxtın bu yollarında tıxac VAR

KİV: Paşinyan Vladimir Putinin andiçmə mərasiminə getməyəcək

Bakıda “Prado” ilə avtoşluq etdi, həbs olundu - FOTO

Bütün xəbərlər