BAKU Azərbaycan
°C

Azərbaycanda son illərdə əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmində artım müşahidə edilir. 

2020-ci ildə 8,18 milyard manat olan əmanətlərin ümumi məbləği bu ilin aprelində 10,37 milyard manatı ötüb. Ötən müddətdə əhali banklara əlavə olaraq 2,19 milyard manat pul yerləşdirib.

Əhali banklara əmanət yerləşdirən zaman əsasən iki göstəriciyə diqqət ayırır: bankların etibarlılığına və onların təklif etdiyi faizlərə. 

Maraqlıdır, hazırda hansı bank neçə faizlə əmanət qəbul edir? 

Gundem.az saytı bununla bağlı bankların rəsmi məlumatları əsasında kiçik araşdırma aparıb və məlum olub ki, bir bankdan başqa bütün banklar əmanət qəbul edir. 

Lakin müəyyən əlavə şərt və məhdudiyyət tətbiq edən banklar da var. Məsələn, “Paşa Bank” əmanətlər üzrə faizləri fərdi razılaşma əsasında müəyyənləşdirir. Bundan başqa, bu banka kiçik məbləğdə əmanət qoymaq mümkün deyil. Əgər əmək haqqı kartı “Paşa Bank”a aiddirsə, minimum 20 manat ekvivalentində, digər müştərilər üçünsə minimum 30 min manat ekvivalentində pul yerləşdirilsə əmanət müqaviləsi bağlanır. 

Əmanət müqaviləsi bağlanılması üçün minimum məbləğ tələbi “Bank Melli İran” Bakı filialında 5000 manat, “Azər Türk Bank”da 1000 manat, “Kapital Bank”da 500 manat, “Azərbaycan Beynəlxalq Bankı”nda 100 manat, “Accessbank”da 50 manatdır. Ümumilikdə isə əksər banklar əmanət müqaviləsi bağlamaq üçün 100 manat şərtini qoyub. 

Banklar üzrə əmanət faizləri ilə bağlı daha ətraflı məlumatla aşağıdakı cədvəldən tanış olmaq mümkündür. Burada əmanət müqaviləsi üçün müddət 1 il götürülüb. 

Banklar 2 və maksimum 3 il müddətinə də əmanət qəbul edir. Əksər banklarda müddət uzandıqda illik faiz məbləği bir qədər artırılır. 

Onu da qeyd edək ki, banklara manatla illik 12 faizdən, xarici valyutada 2,5 faizdən yuxarı dərəcə ilə qoyulmayan pullar dövlət tərəfindən sığortalanır. Bank bağlandıqda dövlətin ödədiyi sığorta məbləği isə bir nəfərə hər bank üzrə 100 min manatdan çox olmur. 

Vasif
 

Son xəbərlər

Ukrayna 36 meyit verib, 140 cəsəd geri aldı

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Vatsapda bunları internetsiz də edəcəksiniz

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Bakıda bacı həbsdəki qardaşına narkotik gətirdi

PSJ-nin futbolçusu üçün 16,5 milyon avro

Xocalı al lalələrlə bəzəndi - FOTOLAR

Əliyev və Şolts medianın suallarını cavablandırdı - FOTO

Cüdoçumuz Avropa çempionu oldu

Millimizə 26 futbolçu dəvət olundu

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı - "Blumberq"

Zelenski onu yeni vəzifəyə təyin etdi

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

Kiyevdə 2 xəstəxana təxliyə edilir

Bakının bu rayonunda qaz kəsiləcək

Ştaynmayer İlham Əliyevi qarşıladı

İrəvan Bakıdan sülh sazişinə dair növbəti təkliflər alıb

Kanalda batan 13 yaşlı uşağın axtarışları davam edir - VİDEO

ABŞ Ukraynaya 1 milyardlıq daha bir yardım göndərir

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

Bütün xəbərlər