BAKU Azərbaycan
°C

2023-cü il üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərlə ləğv prosesində olan kredit təşkilatlarının vergi xərcləri azaldılacaq.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müflis elan olunmuş kredit təşkilatlarının əmlak və torpaq vergilərindən azad edilməsi, vergi borclarına faizlərin hesablanmasının dayandırılması və vergi borcu ilə bağlı əmlakının siyahıya alınmaması nəzərdə tutulur.

Eyni zamanda, ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim olunmasının ƏDV-dən azad edilməsi müddəti 2026-cı il yanvarın 1-dək uzadılır.

Məlum olduğu kimi, Vergi Məcəlləsinin tələblərinə əsasən, vergilər müəyyən edilmiş müddətdə ödənilmədikdə vergi ödəyicisinə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün faizlərin hesablanması həyata keçirilir, habelə vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alınır.

Lakin Vergi Məcəlləsində müəssisənin ləğvetmə prosesində olduğu zaman onun vergilərin ödənilməsinin təxirə salınması və ya faizlərin hesablanmasının dayandırılması ilə bağlı hər hansı müddəa nəzərdə tutulmayıb. Bu baxımdan, ləğv prosesində olan kredit təşkilatlarının vergi öhdəliklərinin yerinə yetirilməsi üzrə inzibatçılığın sadələşdirilməsi məqsədilə Vergi Məcəlləsinə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müflis elan olunmuş kredit təşkilatlarının ödəmə müddəti ötmüş vergi öhdəliklərinə faizlərin hesablanmasının dayandırılması və onların əmlakının siyahıya alınmaması ilə bağlı müddəalar daxil edilib. Bununla yanaşı, kredit təşkilatının müflis olması prosesi zamanı əmlak və torpaq vergisinin hesablanmasının iqtisadi baxımdan səmərəsiz olduğu nəzərə alınaraq, kredit təşkilatları müflis elan olunması ilə bağlı məhkəmə qərarının qüvvəyə mindiyi aydan (ildən) etibarən əmlak və torpaq vergilərindən azad edilib.

Bundan əlavə, ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirlərinin davam etdiyi nəzərə alınaraq, bu tədbirlər çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim olunmasının ƏDV-dən azad edilməsi ilə bağlı güzəştin müddəti daha 4 il müddətinə uzadılıb.

Son xəbərlər

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

“Reuters”in əməkdaşı Moskvada həbs olundu

Bakıda mənzildə meyit aşkarlandı

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Derbinin qalibi "Fənərbağça" oldu

Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı

Ermənistan Müdafiə Nazirliyi çağırış etdi

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Zelenski buna görə administrasiya rəhbərini işdən çıxardı

Rasim Balayevdən Taleh Yüzbəyova sərt sözlər

İndoneziyada 6,3 bal gücündə zəlzələ oldu

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

Bakıda avtomobil yanır: yolda tıxac yarandı - VIDEO

İnsan beyni haqqında 9 MARAQLI FAKT

Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

"Sabah" qalib gələrək üçüncü pilləyə yüksəldi

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Rəqqasə Fatiməni məhkəməyə verdilər

Bütün xəbərlər