BAKU Azərbaycan
°C

Azərbaycan bələdiyyələrinin gəlilərində vergilərin payı azdır. Bunun səbəbi Bakı və Abşeron rayonunda yerləşən bələdiyyələr istisna olmaqla digər rayon və şəhər bələdiyyələrinin gəlirlərində vergilərin məbləğinin və payının çox az olmasıdır. 


Gundem.az xəbər verir ki, Azərbaycan bələdiyyələrinin 2023-cü ildəki gəlirinin (54,5 milyon manat) təxminən 42 faizi, yəni 22,7 milyon manatı vergilər hesabına təmin edilib.
Məlumatların təhlili göstərir ki, vergilər hesabına toplanan vəsaitin yarıdan çox hissəsi Bakının payına düşür. Bakıda 11,9 milyon manat vergi toplanıb ki, bu da cəmi vergi gəlirlərinin 52,4 faizidir. 
Paytaxt bələdiyyələrinin ölkə üzrə bələdiyyə gəlirlərində payının (30 faiz) az olmasına baxmayaraq, toplanan vergilərdə xüsusi çəkisi daha yüksəkdir. Bakıda daha çox verginin toplanması hesabına paytaxt bələdiyyələrinin ümumi gəlirində vergilərin payı 72 faizə çatıb. 
Əslində bələdiyyələrin gəlirində vergilərin payı daha yüksək olmalıdır. Lakin ölkəmizdə bələdiyyələr yerli əhəmiyyətli vergiləri (fiziki şəxslərin torpaq və fiziki şəxslərdən əmlak vergisi) toplamaqda çətinlik çəkirlər. Vergilərin toplanması sahəsində intizam yalnız Bakıda və qismən Abşeron rayonunda təmin olunub. Digər yaşayış məntəqələrində isə bələdiyyələr əsasən topaq satmaq və əmlakı icarəyə verməklə gəlir əldə edirlər. 
Bakıdan başqa digər iri yaşayış məntəqələrində vergilərin payı çox azdır. 
Sumqayıtda gəlirlərin 26 faizi (414 min manat), Gəncədə isə 39 faizi (619 min manat) vergilər hesabına əldə olunub. 
Bakıdan kənarda ən yüksək vergi gəliri olan bələdiyyələr isə Abşeron rayonunda yerləşir. Abşeronda bələdiyyələrin vergi gəliri 1,66 milyon manat olmaqla rayondakı yerli gəlirin 45,5 faizini formalaşdırıb.  (Sfera.az)

Son xəbərlər

“Azərbaycanca bilməməyim nöqsanımdır”

Bakıda yeni tikilən bina çökə bilər - VİDEO

75 yaşlı Jerar Depardye həbs edildi

Tehrana uçuşların dayandırılması müddəti uzadıldı

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tbilisidə izdihamlı aksiya keçirildi

Oğul atanı döyərək öldürdü

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Odessa atəşə tutuldu: ölənlər və yaralananlar var

Səudiyyə Ərəbistanı ABŞ ilə müdafiə paktı bağlamağa yaxındır

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına...

Türkiyədə “TikTok” qadağan olunur?

Bakıda tələbələr saqqala görə dərsə buraxılmadı - FOTO

“Zirə” “Araz-Naxçıvan”a məğlub oldu

Mehriban Əliyeva onu təbrik etdi: "Səninlə fəxr edirəm!"

Blinken Hakan Fidanla bunları müzakirə edibmiş

Tiflisdə hökumət tərəfdarları aksiya keçirir

Azərbaycanda körpə ölümlərinin əsas səbəbi nədir?

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Atasını bıçaqlayan qız xəstəxanaya yerləşdirildi

Bütün xəbərlər