BAKU Azərbaycan
°C

Azərbaycan iqtisadiyyatında qeyri neft-qaz sektorunun payı 2016-cı ildən sonra ən yüksək səviyyəyə çatıb. 


Gundem.az xatırladır ki, 2016-cı ilin birinci rübündə ümumi daxili məhsul (ÜDM) istehsalının 65 faizi qeyri neft-qaz sahələrinin payına düşmüşdü. Sonrakı illərdə ÜDM-də qeyri neft-qaz sektorunun payı azalaraq bəzi illərdə hətta 50 faizdən də aşağı düşdü. 
2024-cü ilin birinci rübündə ÜDM-də qeyri neft-qaz sektorunun payı artaraq 65 faizə yaxınlaşıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, birinci rübdə qeyri neft-qaz sektorunda 18,7 milyard manatlıq əlavə dəyər yaradılıb ki, bu da cəmi ÜDM istehsalının 64,3 faizini təşkil edib. 
2016-cı ildən fərqli olaraq bu il qeyri neft-qaz sektorunun ÜDM-də payının yüksək olması neftin ucuzlaşması ilə bağlı olmayıb. Səkkiz il əvvəl isə neft qiymətləri kəskin şəkildə azaldığından neft-qaz sektorunda yaradılan əlavə dəyər kəskin azalıb və bu, qeyri neft-qaz sektorunun payının artmasına şərait yaradıb. Eyni hal 2020-ci ildə də müşahidə edilib. 2020-ci ildə qeyri neft-qaz sektorunun payı 63,3 faiz olub.
2024-cü ilin birinci rübündə isə neft və qaz qiymətlərinin yüksək olmasına baxmayaraq, qeyri neft-qaz sektorunun ÜDM-də payı artıb. Buna səbəb həm neft istehsalının azalması, həm də qeyri neft-qaz sektorunda istehsal dəyərinin artması ilə əlaqədardır. 
Nəzərə alsaq ki, Azərbaycanda 2027-ci ilə qədər neft hasilatı azalacaq, qaz hasilatı isə qismən artacaq, bu şərtlərlə qarşıdakı illərdə ÜDM istehsalında qeyri neft-qaz sektorunun payının bir qədər də artması ehtimalı yüksəkdir.  (Sfera.az)

Son xəbərlər

"Qızlar, tanımadığınız oğlana ərə getməyin"

Türkiyə XİN Fransanın qərarını pislədi

Avtobus uçuruma düşdü,20-dən çox ölü var

“Azərbaycanca bilməməyim nöqsanımdır”

Bakıda yeni tikilən bina çökə bilər - VİDEO

75 yaşlı Jerar Depardye həbs edildi

Tehrana uçuşların dayandırılması müddəti uzadıldı

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tbilisidə izdihamlı aksiya keçirildi

Oğul atanı döyərək öldürdü

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Odessa atəşə tutuldu: ölənlər və yaralananlar var

Səudiyyə Ərəbistanı ABŞ ilə müdafiə paktı bağlamağa yaxındır

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına...

Türkiyədə “TikTok” qadağan olunur?

Bakıda tələbələr saqqala görə dərsə buraxılmadı - FOTO

“Zirə” “Araz-Naxçıvan”a məğlub oldu

Mehriban Əliyeva onu təbrik etdi: "Səninlə fəxr edirəm!"

Blinken Hakan Fidanla bunları müzakirə edibmiş

Tiflisdə hökumət tərəfdarları aksiya keçirir

Bütün xəbərlər