BAKU Azərbaycan
°C

Bu ilin ilk rübündə neft-qaz sektorunda 0.2 faiz artım qeydə alınıb.

Gundem.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O qeyd edib ki, bu, neft sektorundakı stabilləşmə deyil, qaz hasilatının artması hesabına mümkün olub:

“Əmtəəlik neft hasilatı 6,0 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 5,4 faiz artıb. Bu isə o deməkdir ki, neft sektorunda istehsalın stabilləşməsi ilə bağlı səylərə rəğmən hasilatda azalma davam edib. Təbii ki, burada müsbət məqam təbii qaz hasilatındakı artımlarla bağlıdır. Belə ki, daha çox qaz hasilatı, daha çox ixrac deməkdir. Bu fiskal və strateji baxımdan əhəmiyyətli məqamdır”.

Millət vəkili bildirib ki, sənaye məhsulunun 64,5 faizi mədənçıxarma sektorunun payına düşür:

“Yəni, sənayədə yaranan hər 100 manatlıq dəyərin 65 manata yaxınını məhz neft və qaz sektoru formalaşdırır. Bu fakt enerjidən kənar sektorlarının inkişafı ilə bağlı islahatların daha dərinləşməsini prioritetləşdirir. Yeni mərhələdə ÜDM artımı qeyri-enerji sektorundakı dəyişikliklərdən birbaşa asılı olacaq. Digər tərəfdən, neft sektorunda yaranan dəyərə hasilat ilə yanaşı “qara qızılın” qiyməti birbaşa təsir göstərir. Bu da bu sektorda hasilatın tam stabilləşməsini daha da aktuallaşdırır. Dünya neft bazar ilə əlaqənin minimumlaşdırılması üçün isə sənayedə qeyri neft-qaz sektorunun payının daha da artırılması vacibdir”. (Sfera.az)

Son xəbərlər

"Qızlar, tanımadığınız oğlana ərə getməyin"

Türkiyə XİN Fransanın qərarını pislədi

Avtobus uçuruma düşdü,20-dən çox ölü var

“Azərbaycanca bilməməyim nöqsanımdır”

Bakıda yeni tikilən bina çökə bilər - VİDEO

75 yaşlı Jerar Depardye həbs edildi

Tehrana uçuşların dayandırılması müddəti uzadıldı

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tbilisidə izdihamlı aksiya keçirildi

Oğul atanı döyərək öldürdü

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Odessa atəşə tutuldu: ölənlər və yaralananlar var

Səudiyyə Ərəbistanı ABŞ ilə müdafiə paktı bağlamağa yaxındır

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına...

Türkiyədə “TikTok” qadağan olunur?

Bakıda tələbələr saqqala görə dərsə buraxılmadı - FOTO

“Zirə” “Araz-Naxçıvan”a məğlub oldu

Mehriban Əliyeva onu təbrik etdi: "Səninlə fəxr edirəm!"

Blinken Hakan Fidanla bunları müzakirə edibmiş

Tiflisdə hökumət tərəfdarları aksiya keçirir

Bütün xəbərlər