Moskvada konsert zalında dəhşət: 40 ölü, 130 yaralı - YENİLƏNİR - VİDEO - FOTO
23:06
Gundem.az bildirir ki, terrorçuların "Crocus City Hall"a gəldikləri avtomobil minalanmış vəziyyətdə avtomobil dayanacağındadır. Avtomobildəki əldəqayırma partladıcı qurğunun zərərsizləşdirilməsinə hazırlıq gedir
---------
22:56
Hadisə yerində olan azərbaycanlı Asya Cəfərova danışdı:
"Hər şey "Krokus Siti Holl" başladı, biz "Vegas Siti Holl"da Röyanın konsertinin başlamasını gözləyirdik. Zalda tüstü var idi və birdən insanlar küçəyə qaçmağa başladılar, atışma səsləri eşidildi. Küçəyə qaçdıq və gördük ki, "Krokus" yanır. Polis bütün maşınları çıxarmağa başladı. Hər yerdə təhlükəsizlik qüvvələri var. İkinci partlayış eşidildi. Bina yanmağa davam edir.
---------
22:53
Milli.Az bildirir ki, şahidlərdən biri terrorçuları belə təsvir edir: "Ən azı beş nəfərdilər, saqqallı. Onlar hazırlanmış və öyrədilmiş döyüşcülər kimi davranırlar. Binaya girərkən mühafizəçiləri və qapıda dayanan insanları öldürdülər. Sonra əsas giriş bağlandı.
Terrorçular AKM avtomatları ilə silahlanıb. Bəzilərinin müxtəlif döyüş sursatları olan bel çantaları var".
Xalq artisti Röya Ayxanın Moskvada "Vegas City Hall"dakı konserti təxirə salınıb.
Gundem.az olay.az-a istinadən xəbər verir ki, buna "Crocus City Hall"un konsert zalında baş verən silahlı insident səbəb olub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay