BAKU Azərbaycan
°C

13 il sonsuzluqdan əziyyət çəkən və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadın üçəm dünyaya gətirib.

Gundem.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzininin sosial şəbəkə hesabında məlumat verilib.

Qeyd olunub ki, bir müddət əvvəl Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Perinatal Mərkəzə 44 yaşlı Abşeron rayon sakini 31-32 həftəlik üçdöllü hamiləliklə daxil olub. Anesteziologiya-reanimasiya şöbəsinə yerləşdirilən pasiyentə EKM.13 il sonsuzluq, vaxtından əvvəl doğuş qorxusu, xroniki tromboflebitin kəskinləşməsi, artroz və ağır dərəcəli anemiya diaqnozu qoyulub.

Anesteziologiya - reanimasiya şöbəsinin müdiri Elmar Süleymanovun müalicəsi ilə ağır durumdan çıxmış qadın Patologiya şöbəsində müalicəsini davam etdirib. 33-34 həftəsində cərrahi doğuşdan 2 qız və oğlan uşağı doğulub. 1300, 1700, 1900 qram çəkidə doğulmuş üçəmlər Neonatal reanimasiya və intensiv terapiya, Xəstə və yarımçıq doğulmuşlar şöbəsində müalicə alaraq 1975, 2250, 2300 qram çəki ilə evə yazılıblar. 

Rop müayinə (körpələrin göz bəbəklərini böyütməklə retina adlanan gözün sinir qatının müayinəsi), audiometriya müayinəsində hər hansı problem aşkarlanmayıb, nevroloji və somatik durumları normal olub.

Son xəbərlər

Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur

Bu il hər addımda şanslı olacaq BÜRCLƏR

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Ziyeş Şahruddinin qapısına uzaq məsafədən baxımlı qol vurdu - VİDEO

Rusiyadan miqrantlarla bağlı yeni açıqlama

Nazirin maşını qırmızı işıqda keçdi, qəzaya düşdü - FOTO

Ukrayna 36 meyit verib, 140 cəsəd geri aldı

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Vatsapda bunları internetsiz də edəcəksiniz

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Bakıda bacı həbsdəki qardaşına narkotik gətirdi

PSJ-nin futbolçusu üçün 16,5 milyon avro

Xocalı al lalələrlə bəzəndi - FOTOLAR

Əliyev və Şolts medianın suallarını cavablandırdı - FOTO

Cüdoçumuz Avropa çempionu oldu

Bütün xəbərlər