BAKU Azərbaycan
°C

Piylənmənin öyrənilməsi üzrə yapon cəmiyyəti bədən kütləsi indeksi (BTİ) 22 olanları standart hesab edir, bu zaman statistik olaraq xəstəliklərin yaranması az ehtimal edilir.

40 yaşdan yuxarı yaponlar arasında təqdiqat aparılaraq çəki ilə ölüm riski arasında əlaqə öyrənilib.

Gundem.az  moderator.az-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın "Nikkei Asian Reveiw" nəşri yazıb.

Nəicələrə görə aşağıdakı cavablardan hansı doğrudur?
 
1) normal çəkiyə malik insanlarda ölüm riski ən aşağı olub;
 
2) standart çəkidən bir qədər aşağı olan insanlarda ölüm riski aşağıdır;
 
3) standart çəkidən bir qədər yuxarı olan insanlarda ölüm riski ən aşağı olub.
 
Düzgün cavab 3-dür:
 
"Ən aşağı ölüm riski standart çəkidən bir qədər çox olan insanlarda müşahidə edilir.
 
Məlumdur ki, piylənmə sağlamlığa ziyandır. O cümlədən visseral piyin çox olması həyat tərzi ilə bağlı xəstəliklər, məsələn, yüksək qan təzyiqi, şəkərli diabet kimi xəstəliklər riskini yüksəldir, həmçinin aterosklerozun inkişafına kömək edir, bu da insult və miokard infarktına gətirib çıxarır.
 
Bir çoxları hesab edir ki, yaxşı sağlamlıq üçün az yemək, ağ düyüdən az istifadə etmək lazımdır, bu da qanda şəkərin miqdarını azaldır, həmçinin, az yağlı ət yemək, fastfuddan kənar olmaq lazımdır.
 
Bununla birlikdə, "Yusökay" tibbi korporasiyasının sədri Dzyun Sasaki 1000 nəfər yaşlı adamı müayinə edib və vurğulayıb:
 
"Qocalıqda ən başlıcası çox yeməkdir. Arıq olmaqdansa kök olmaq yaxşıdır".
 
Nədən yaşa dolduqda çəkini artırmaq daha yaxşıdır? Piylənməni qiymətləndirmək üçün istifadə edilən bədən kütləsi indeksi (BTİ) nöqteyi-nəzərindən bu suala cavab verməyə çalışaq.
 
Piylənmənin öyrənilməsi üzrə yapon cəmiyyəti BTİ 18, 5-dən aşağı olduqda kifayət qədər çəkisi olmayan, 18, 5 - 25- normal, 25-dən yuxarı olanlar piylənmə kimi müəyyən edir.
 
BTİ 22 olduqda xəstəliklər səviyyəsi ən aşağı olur. Bu zaman çəki standart hesab edilir.
 
Bu arada 10 ildən artıq müddətdə orta yaşı 40 olan 350 minə yaxın yaponlar arasında aparılan tədqiqat göstərib ki, qadınlarda ən aşağı ölüm riski BTİ 23- 24, 9, kişilərdə 25 - 26, 9 olanlar təşkil edir. Hər iki halda ömür müddəti çəki standartdan bir qədər yuxarı olduqda maksimal dərəcəyə çatıb. 
 
"Orta və yaşlı adamlarda piylənmənin zərəri ondan ibarətdir ki, o, arterioskleroza gətirib çıxara bilər. Lakin yaş artdıqca onsuz da arterioskleroz bu və ya digər dərəcədə inkişaf edir. Belə halda profilaktikanın gənclik illərində oldiğu kimi əhəmiyyəti olmur. 
 
Nəticələr göstərir ki, 75 yaşdan yuxarı olan insanlar arterial təzyiqin aşağı salınması üçün dərman preparatları qəbul etsələr belə, insultu yalnız bir il ləngidə bilər", - Sasaki qeyd edib.
 
Yaş artdıqca kövrəklik problemi meydana çıxır. Bu zaman fiziki və psixi həyat qabiliyyəti- "əzələ gücü, koqnitiv funksiya və s." aşağı düşür. Nəticədə gündəlik həyatda funksional pozuntular riski yüksəlir, bu da yataq rejiminə və ölümə gətirib çıxarır.
 
Ona görə də yaşlı insanlar üçün həyat tərzi ilə bağlı xəstələliklər və arteriosklerozun qarşısını almaqdansa, yaxşı qidalanmaq və bir qədər çəki toplamaq, beləliklə, bu kövrəklikdən yan keçmək daha yaxşıdır.

Son xəbərlər

Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur

Bu il hər addımda şanslı olacaq BÜRCLƏR

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Ziyeş Şahruddinin qapısına uzaq məsafədən baxımlı qol vurdu - VİDEO

Rusiyadan miqrantlarla bağlı yeni açıqlama

Nazirin maşını qırmızı işıqda keçdi, qəzaya düşdü - FOTO

Ukrayna 36 meyit verib, 140 cəsəd geri aldı

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Vatsapda bunları internetsiz də edəcəksiniz

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Bakıda bacı həbsdəki qardaşına narkotik gətirdi

PSJ-nin futbolçusu üçün 16,5 milyon avro

Xocalı al lalələrlə bəzəndi - FOTOLAR

Əliyev və Şolts medianın suallarını cavablandırdı - FOTO

Cüdoçumuz Avropa çempionu oldu

Bütün xəbərlər