BAKU Azərbaycan
°C

2023-cü ildə səyahət üçün dünyanın ən təhlükəsiz turizm bölgələri seçilib.

İsveçrə siyasi sabitlik, zorakılıq səviyyəsinin aşağı olması və keyfiyyətli səhiyyə xidmətləri baxımından 2023-cü ildə istirahət üçün ən təhlükəsiz bölgələr siyahısına başçılıq edir.

Bu barədə “Hansı?” şirkətinin son hesabatlarında bildirilib.

Hesabatda dünya ölkələri təbii fəlakət riskləri, yol-nəqliyyat hadisələri, qətl cinayətləri, terrorizm, səhiyyə infrastrukturunun keyfiyyəti və qadınların təhlükəsizliyi baxımından qiymətləndirilib.

Diqqət çəkən məqam odur ki, ilk onluğa daxil olan demək olar bütün istiqamətlər Avropada yerləşir. Şimali Skandinaviya ölkələri də bu baxımdan yaxşı təmsil olunur. Belə ki, ikinci yerdə İslandiya, üçüncü yerdə Norveç, Portuqaliya və Sloveniya qərarlaşıb.

Şkalanın əks tərəfində Yamayka var ki, burada qətl nisbəti İsveçrədən təxminən 60 dəfə yüksəkdir. Braziliya, Cənubi Afrika və Meksika da yüksək qətl cinayətlərinə görə reytinqdə aşağı yerləri tuturlar. Filippin təbii fəlakət riskinin artması səbəbindən ən aşağı yerlərdə qərarlaşıb.

Eyni zamanda reytinqdə nə Ukrayna, nə Rusiya, nə də Belarus əks olunmayıb.

Beləliklə, dünyanın ən təhlükəsiz 20 istirahət ölkəsi olaraq İsveçrə, İslandiya, Norveç, Portuqaliya, Sloveniya, Finlandiya, Yeni Zelandiya, Danimarka, Sinqapur, Avstriya, Almaniya, İsveç, Avstraliya, Kanada, İspaniya, Belçika, Çexiya, Hollandiya, İtaliya, Fransa qeyd olunub.

Son xəbərlər

Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur

Bu il hər addımda şanslı olacaq BÜRCLƏR

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Ziyeş Şahruddinin qapısına uzaq məsafədən baxımlı qol vurdu - VİDEO

Rusiyadan miqrantlarla bağlı yeni açıqlama

Nazirin maşını qırmızı işıqda keçdi, qəzaya düşdü - FOTO

Ukrayna 36 meyit verib, 140 cəsəd geri aldı

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Vatsapda bunları internetsiz də edəcəksiniz

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Bakıda bacı həbsdəki qardaşına narkotik gətirdi

PSJ-nin futbolçusu üçün 16,5 milyon avro

Xocalı al lalələrlə bəzəndi - FOTOLAR

Əliyev və Şolts medianın suallarını cavablandırdı - FOTO

Cüdoçumuz Avropa çempionu oldu

Bütün xəbərlər