BAKU Azərbaycan
°C

“Forsaj 9” filmi qeyri-real səhnələri ilə məşhurdur. Bu cür səhnələr böyük komandaların gərgin əməyi ilə ortaya çıxsa da, işlər heç də həmişə yaxşı getmir. Bu səbəbdən də filmin istehsal şirkəti çəkiliş meydançasında baş verən həyati təhlükəli qəzaya görə 1 milyon dollar təzminat ödəyəcək.

Gundem.az xəbər verir ki, belə qəzalardan biri 2019-cu ilin iyul ayında İngiltərədə lentə alınan səhnə zamanı baş verib. Eyvandan yıxıldığı səhnənin çəkilişi zamanı kaskadyor Co Uotts kəndirin açılması səbəbindən 8 metr hündürlükdən beton döşəməyə yıxılıb və kəllə sümüyü zədələnib.

Hadisə yerindən ilk sınaq çəkilişinin problemsiz keçdiyi bildirilsə də, məhkəmədə çıxarılan qərara əsasən, ikinci cəhddən əvvəl kəndir yenidən yoxlanılmalı idi.

 İstehsalat qrupu özünümüdafiə məqsədilə “prosedurda alətləri  hər atışdan əvvəl yenidən yoxlamalı olduğumuz barədə məlumat yoxdur”, desə də, onların bu izahı qəbul edilməyib.

Hakim həmçinin bildirib ki, Vatts sağ qaldığı üçün çox şanslıdır.

Xatırladaq ki, 9-cu film 726.229.501 dollar gəlir gətirib, kaskadyora ödəniləcək təzminat isə bu məbləğin təxminən 0,14%-ni təşkil edir.

 

Son xəbərlər

Bunu edənlərin nəzərinə: 10 min manat cərimələnə bilərsiz

Bu qaydanı pozanlar 15 min manat cərimələnəcək

Dəmir yolunda qaydaların pozulmasına görə cərimələr artırılır

Təyyarədə siqaret çəkənlər 500 manat cərimələnəcək

Bu hakimlərinin vəzifədə olmasının yaş həddi artırılır

Xankəndidə Zəfər parkının təməli qoyuldu - YENİLƏNİB

“Zirə” hücumçusu ilə vidalaşdı

"Hündür ağacların altında dayanmayın"- Əhaliyə xəbərdarlıq

İlham Əliyev Xocalının Ballıca kəndində bir qrup sakinlə görüşüb

Hava kəskin soyuyur - FHN xəbərdarlıq etdi

Ərdoğanla Zelenskinin fotosu gündəm oldu

Vüsalənin həyatında kim var? - FOTO

Prezident Xankəndi tikiş fabrikinin fəaliyyəti ilətanış oldu

Füzulidə maşın traktorla toqquşdu - Azyaşlı öldü

Təyyarə qəzası ilə bağlı yekun hesabat bu tarixə qədər açıqlanmalıdır

Bakıda orta aylıq əməkhaqqı artıb

Hadisə konsertində çətin vəziyyətə düşdü - VİDEO

Qaxda şəlalə dondu - VİDEO

Cəbrayıla növbəti köç karvanı yola salınıb

Azadlıq prospektində maşın aşdı, 2 qadın yaralandı - VIDEO

Bütün xəbərlər