28.12.2022 / 17:20
218
Ölkədə neçə yeni əmək müqaviləsi bağlanıb?
Son 4 ildə Azərbaycanın əmək bazarında həyata keçirilən tədbirlər nəticəsində 320 min yeni əmək müqaviləsi bağlanıb.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, 280 min yeni müqavilə özəl sektorda, 40 min yeni müqavilə dövlət sektorunda bağlanıb.
Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DSX) məlumatına görə, bu günə kimi Azərbaycanda rəsmi əmək müqavilələrinin sayı 1,74 milyonu ötüb. Son üç ildə qeyri-neft sektorunda bağlanmış əmək müqavilələrinin sayı 287,57 min artaraq 827,49 minə çatıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay