BAKU Azərbaycan
°C

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibini təsdiqləyib. 

Müşahidə Şurasının sədri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov seçilib.

Gündüz Hacı oğlu Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub. 1994-cü ildə Göygöl şəhər 1 nömrəli orta məktəbini bitirib.

1994-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə daxil olub və 1998-ci ildə bakalavr təhsil pilləsini, 2000-ci ildə isə magistratura təhsil pilləsini fərlqlənmə diplomu ilə bitirib.

1998-ci ildə MDB dövlətləri arasında Sankt-Peterburq şəhərində keçirilmiş “Beynəlxalq humanitar hüquq” üzrə müsabiqədə 2-ci yer qazanıb. 2002-ci ildə Amerika Birləşmiş Ştatlarının İndiana Universitetinin hüquq fakültəsinin magistraturasını bitirib.

2003-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspirantı olub. 2008-ci ildə “Beynəlxalq xüsusi hüquqda sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi” mövzusunda hüquq üzrə fəlsəfı doktor alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.

1998-1999-cu illərdə Aqrar-Sənaye Səhmdar Kommersiya Bankında baş hüquqşünas, 1999-2001-də Beynəlxalq Qırmızı Xaç Komitəsində hüquq məsələləri üzrə assistent işləyib.
2002 – 201-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində müəllim, 2011 - 2014 - BDU-nun Hüquq fakültəsinin dekan müavini vəzifəsində çalışıb.

2014 – cü ildən indiyədək  BDU-nun Dəniz və Enerji Hüququ Mərkəzinin rəhbəridir. Bundan başqa, o. 2002-ci ildən hal-hazıradək Baker McKenzie hüquq şirkətinin Bakı ofisinin baş hüquqşünası, partnyoru, Bakı ofisinin idarəedici partnyorudur (2012-dən).

Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının müəllimidir.

Evlidir, iki övladı var.

Son xəbərlər

Bu il hər addımda şanslı olacaq BÜRCLƏR

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Ziyeş Şahruddinin qapısına uzaq məsafədən baxımlı qol vurdu - VİDEO

Rusiyadan miqrantlarla bağlı yeni açıqlama

Nazirin maşını qırmızı işıqda keçdi, qəzaya düşdü - FOTO

Ukrayna 36 meyit verib, 140 cəsəd geri aldı

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Vatsapda bunları internetsiz də edəcəksiniz

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Bakıda bacı həbsdəki qardaşına narkotik gətirdi

PSJ-nin futbolçusu üçün 16,5 milyon avro

Xocalı al lalələrlə bəzəndi - FOTOLAR

Əliyev və Şolts medianın suallarını cavablandırdı - FOTO

Cüdoçumuz Avropa çempionu oldu

Millimizə 26 futbolçu dəvət olundu

Bütün xəbərlər