BAKU Azərbaycan
°C

İyunun 22-də Baş prokuror Kamran Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin səlahiyyətləri başa çatmaqda olan rəhbəri Arian Bauer və nümayəndəliyin yeni rəhbəri Draqana Kojiç ilə görüşüb.

Gundem.az xəbər verir ki, qonaqları salamlayan Baş prokuror BQXK zəngin tarix və ənənələrə malik olduğunu, Komitə ilə ölkəmiz arasında qarşılıqlı əlaqələr barədə danışıb.

Kamran Əliyev ölkəmizin Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında olan ərazilərimizin azad edildiyini və ərazi bütövlüyümüzün bərpa olunduğunu vurğulayaraq, müharibə zamanı əsir və itkin düşmüş şəxslərin, həmçinin qalıqların tapılıb mübadilə edilməsi prosesində Komitə tərəfindən zəruri köməkliyin göstərilməsinə görə təşəkkürünü bildirib.

Baş prokuror Arian Bauerə gələcək fəaliyyətində uğurlar arzu edərək, Draqana Kojiçi yeni vəzifəyə təyin olunması ilə bağlı təbrik edib, bundan sonra da BQXK ilə münasibətlərin yüksələn xəttlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Arian Bauer Azərbaycanla münasibətlərin müvəffəqiyyətlə inkişaf etdiyini qeyd edib. A.Bauer münaqişədən əziyyət çəkmiş Azərbaycan vətəndaşlarına humanitar yardımın göstərilməsi, cəbhəboyu ərazilərdə yaşayan mülki şəxslərin təhlükəsizliyi, fiziki və psixoloji sağlamlıqları, itkin düşmüş şəxslərin taleləri ilə əlaqədar BQXK-nın Azərbaycandakı fəaliyyəti, həyata keçirdiyi layihələr, aparılan mühüm işlər, o cümlədən keçirdikləri təlimlər barədə məlumat verərək, fəaliyyəti ərzində ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb.

Nümayəndəliyin yeni rəhbəri Draqana Kojiç səmimi qəbula və təbriklərə görə təşəkkürünü bildirməklə, ikitərəfli münasibətlərin inkişafı naminə, habelə Azərbaycan Respublikasının hüquq mühafizə orqanları, o cümlədən prokurorluq orqanları ilə əməkdaşlıq istiqamətində münasibətlərin bundan sonra da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər müzakirə edilib, fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur

Bu il hər addımda şanslı olacaq BÜRCLƏR

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Ziyeş Şahruddinin qapısına uzaq məsafədən baxımlı qol vurdu - VİDEO

Rusiyadan miqrantlarla bağlı yeni açıqlama

Nazirin maşını qırmızı işıqda keçdi, qəzaya düşdü - FOTO

Ukrayna 36 meyit verib, 140 cəsəd geri aldı

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Vatsapda bunları internetsiz də edəcəksiniz

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Bakıda bacı həbsdəki qardaşına narkotik gətirdi

PSJ-nin futbolçusu üçün 16,5 milyon avro

Xocalı al lalələrlə bəzəndi - FOTOLAR

Əliyev və Şolts medianın suallarını cavablandırdı - FOTO

Cüdoçumuz Avropa çempionu oldu

Bütün xəbərlər