BAKU Azərbaycan
°C

İranda hicab qaydalarına qarşı çıxmış gənc qadın Məhsa Əmininin əxlaq polisi tərəfindən saxlanılması və daha sonra öldürülməsi ilə bağlı keçirilən etiraz aksiyaları ölkənin bir çox şəhərlərinə yayılıb. Qadınlar örpəklərini və hicablarını tonqallarda yandırırlar. Çevik polis qüvvələri nümayişçilərin qarşısını almağa çalışarkən bir neçə şəhərdə qarşıdurma yaşanıb. Bütün bu hadisələr İranda hazırkı rejimin devriləcəyi ilə bağlı söyləntilərə səbəb olub. 

Maraqlıdır, hazırda İranda nə baş verir? Qarşıdurmaların sonu necə olacaq? Hazırkı rejimin devrilə bilərmi? 

Mövzu ilə bağlı Gundem.az-a danışan siyasi şərhçi, dr. Kərim Əsgəri bildirib ki, İranda son 5-6 gündür müxaliflərlə dövlət arasında ciddi qarşıdurmalar var: 

"Bu məsələ İranda Məhza Əmini adlı bir qızın İran əxlaq polisi tərəfindən öldürüldüyü iddia edildiyi zamandan başlayıb. Bu qarşıdurmalar Saqqız şəhərindən başlayaraq sürətlə bir çox şəhərə yayıldı. 2018-2019-cu il qarşıdurmalarından fərqli olaraq bu dəfə Kürdistan, Cənubi Azərbaycan, Tehran, İsfahan daxil olmaqla İranın bütün bölgələrində baş verir və davam edir. Bu məsələyə sadəcə bir xanımın məsumcasına öldürülməsi səbəb kimi göstərilsə də baş verən prosesləri daha çox İran dövlətinə qarşı siyasi etiraz kimi görməyimiz mümkündür.

İranda sadəcə qadın haqları deyil, bütün insan haqları pozulur. Bununla yanaşı İranda iqtisadi vəziyyət də olduqca gərgindir. İranda işsizlik 80%-in üstündədir. Bütün bunlar xalqın içində etirazlara səbəb olub".

Dr. Kərim Əsgəri qeyd edib ki, bu qarşıdurmalar, bəlkə də, 1979-cu il çevrilişdən sonra olan ən ciddi qarşıdurmadır, çünki bütün bölgələrdə xalq ayağa qalxıb. 

"Bu qarşıdurmalardan İran dövləti çox ciddi zərbə alacaq. Bu vəziyyət həm də beynəlxalq arenada İranın insan hüquqlarını pozan bir dövlət olaraq tanınmasına sübut olacaq. İran dövlətinin hakimiyyəti də ciddi sual altındadır. Bu qarşıdurmaların davamı da var. Bir neçə gün içində qarşıdurmalar yatışdırılsa da, sonralar yenə də davam edəcək və hadisələr İranın imicinə çox ciddi zərbələr vura bilər.

Yekun olaraq İrandakı son hadisələrin ciddi nəticələri olacağını söyləməyimizin ən bariz 2 səbəbi var. Birincisi, İranın bütün bölgələrində qarşıdurmaların baş verməsi, ikincisi isə qadınların ciddi şəkildə bu hadisələrin mərkəzində olmasıdır".

Semra Ələkbərli

Son xəbərlər

Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur

Bu il hər addımda şanslı olacaq BÜRCLƏR

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Ziyeş Şahruddinin qapısına uzaq məsafədən baxımlı qol vurdu - VİDEO

Rusiyadan miqrantlarla bağlı yeni açıqlama

Nazirin maşını qırmızı işıqda keçdi, qəzaya düşdü - FOTO

Ukrayna 36 meyit verib, 140 cəsəd geri aldı

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Vatsapda bunları internetsiz də edəcəksiniz

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Bakıda bacı həbsdəki qardaşına narkotik gətirdi

PSJ-nin futbolçusu üçün 16,5 milyon avro

Xocalı al lalələrlə bəzəndi - FOTOLAR

Əliyev və Şolts medianın suallarını cavablandırdı - FOTO

Cüdoçumuz Avropa çempionu oldu

Bütün xəbərlər