BAKU Azərbaycan
°C

Sentyabrın 24-də Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Gundem.az xəbər verir ki, müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Nazir 12-14 sentyabr 2022-ci il tarixlərində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli cavab tədbirlərinin Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb.

Bildirilib ki, müxtəlif qoşun növü bölmələrinin gecə saatlarında eyni anda bir neçə istiqamətdə çətin relyefli, dağlıq ərazidə qarşılıqlı əlaqədə həyata keçirdiyi uğurlu cavab tədbirləri Azərbaycan Ordusunun hərb elminə gətirdiyi növbəti yenilik oldu. Bu döyüşlər dünyanın aparıcı hərbi mütəxəssisləri tərəfindən araşdırılacaq və təhlil ediləcək.

Müşavirədə Kəlbəcər və Laçın rayonları istiqamətində, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə hazırkı əməliyyat şəraiti təhlil edilib.

Nazir şəxsi heyətin sayıqlığının artırılması və Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının bundan sonra da dərhal və qətiyyətlə alınması barədə konkret tapşırıqlar verib.

General-polkovnik Z.Həsənov bölmələrdə qışa hazırlıq işlərinin plana əsasən yekunlaşdırılması, xüsusilə dağlıq ərazilərdə dislokasiya olunan bölmələrə lazımi ehtiyatların çatdırılması barədə aidiyyəti şəxslərə müvafiq göstərişlər verib.

Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığına əsasən bölmələrimizin yeni yerləşmə məntəqələrində xidməti-döyüş fəaliyyətinin təşkili ilə bağlı digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlərin qısa müddət ərzində başa çatdırılmasının vacibliyini diqqətə çatdırıb.

Nazir qoşunlarda xidmət və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji vəziyyətinin yüksək səvviyədə saxlanılmasında mühüm rol oynadığını vurğulayıb.

Sonra general-polkovnik Z.Həsənov şəhid ailələri və döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların daim diqqət mərkəzində saxlanılması və onların qayğılarına xüsusi həssaslıqla yanaşılması barədə müvafiq göstərişlər verib.

Müşavirənin sonunda qoşun xidmətinin, ideoloji işin təşkili, şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin, tibbi təminatının daha da yaxşılaşdırılması, həmçinin azad edilmiş ərazilərdə mühəndis tədbirlərinin davam etdirilməsi ilə əlaqədar vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyulub.

Son xəbərlər

Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur

Bu il hər addımda şanslı olacaq BÜRCLƏR

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Ziyeş Şahruddinin qapısına uzaq məsafədən baxımlı qol vurdu - VİDEO

Rusiyadan miqrantlarla bağlı yeni açıqlama

Nazirin maşını qırmızı işıqda keçdi, qəzaya düşdü - FOTO

Ukrayna 36 meyit verib, 140 cəsəd geri aldı

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Vatsapda bunları internetsiz də edəcəksiniz

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Bakıda bacı həbsdəki qardaşına narkotik gətirdi

PSJ-nin futbolçusu üçün 16,5 milyon avro

Xocalı al lalələrlə bəzəndi - FOTOLAR

Əliyev və Şolts medianın suallarını cavablandırdı - FOTO

Cüdoçumuz Avropa çempionu oldu

Bütün xəbərlər