BAKU Azərbaycan
°C

Texnologiya sənayesini sarsıdacaq daha bir xəbər yayılıb.

Sfera.az bildirir ki, “Twitter”in alınmasından sonra 7500 əməkdaşının təxminən yarısının işdən çıxarılması ilə bağlı müzakirələr davam edərkən “Facebook”, “Whatsapp” və “Instagram” kimi platformaları özündə birləşdirən “Meta”nın da oxşar addımı atmağa hazırlaşdığı ortaya çıxıb.

“Wall Street Journal” qəzeti bu vəziyyətin minlərlə insana təsir edəcəyini yazıb. “Meta” isə xəbəri təsdiqləməkdən imtina edib. 

Digər tərəfdən şirkətin baş direktoru Mark Zukerberqin keçən ayın sonunda verdiyi açıqlama yenidən gündəm olub.

“2023-cü ildə biz sərmayələrimizi yüksək prioritet sahələrə yönəldəcəyik. Bu, o deməkdir ki, bəzi komandalar böyüyəcək, digər komandaların əksəriyyəti isə gələn il ya sabit qalacaq, ya da kiçiləcək”, deyə Mark bildirib.

Məlumata görə, 87 min  işçisi olan şirkət çalışanlarına vacib olmayan səyahətlərini ləğv etməyi tapşırıb. Qeyd olunub ki, iddialar doğru olarsa, bu, şirkətin 18 illik tarixində ilk genişmiqyaslı kütləvi ixtisarlar olacaq.

Qeyd edək ki, “Meta” şirkəti son üç ayda 3,7 milyard dollar itirdiyini etiraf edib. “Facebook” səhmləri keçən həftə 23% dəyər itirib, şirkətin bazar dəyəri isə 270 milyard dollara düşüb. Bir il əvvəl şirkətin sərvəti 1 trilyon dollardan çox idi.

Son xəbərlər

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Ziyeş Şahruddinin qapısına uzaq məsafədən baxımlı qol vurdu - VİDEO

Rusiyadan miqrantlarla bağlı yeni açıqlama

Nazirin maşını qırmızı işıqda keçdi, qəzaya düşdü - FOTO

Ukrayna 36 meyit verib, 140 cəsəd geri aldı

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Vatsapda bunları internetsiz də edəcəksiniz

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Bakıda bacı həbsdəki qardaşına narkotik gətirdi

PSJ-nin futbolçusu üçün 16,5 milyon avro

Xocalı al lalələrlə bəzəndi - FOTOLAR

Əliyev və Şolts medianın suallarını cavablandırdı - FOTO

Cüdoçumuz Avropa çempionu oldu

Millimizə 26 futbolçu dəvət olundu

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı - "Blumberq"

Zelenski onu yeni vəzifəyə təyin etdi

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

Kiyevdə 2 xəstəxana təxliyə edilir

Bütün xəbərlər