BAKU Azərbaycan
°C

Məlumdur ki, ölkəmizdə tez-tez yararsız ət satışı ilə bağlı xəbərlər verilir. İnsanlara mənşəyi bilinməyən ətlərin satılması qadağandır. Lakin Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi, Azərbaycan Respublikası Baş Dövlət Baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib ki, ölkədə heç bir heyvan ətinin satışına qadağa yoxdur. Yalnız bu heyvanların əti satılanda əvvəldən xəbər verilməlidir ki, nə ətidir.

Maraqlıdır, ənənəvi olaraq yeyilməyən at, dovşan, porsuq kimi heyvanların ətləri yeyilərsə, insan orqanizmində hansı fəsadlara yol aça bilər? Sözügedən heyvanların ətlərinin satılması qanunda qadağan deyil, bəs, din bu məsələ ilə bağlı nə deyir?

 

 

 

Mövzu ilə bağlı Gundem.az-a danışan həkim farmakoloq Aydın Əliyev  bütün heyvanların ətlərinin yeməli olduğunu bildirib: 

“Bilirik ki, dünyanın müxtəlif ölkələrində, müxtəlif xalqlar bu heyvanların ətini yeyirlər. Düzdür, biz deyirik ki, məsələn, donuz əti haramdır. Yəni bizim bədənimiz elə yağlı heyvanların ətlərini həzm etməkdə çətinlik çətir. İnsan harada yaşayırsa, onun bədəni də həmin yerə uyğunlaşır. Bu səbəbdən bədən nəyi qəbul etmirsə, el olaraq ona haram demişik. Heç bir heyvanın əti haram deyil. Sadəcə olaraq insan uyğunlaşdığı mühitin qidalarını qəbul etməlidir. Hər bir insan bilir ki, yaşadığı mühitdə hansı qidalar orqanikdir, hansı canlılar daha yaxşıdır və sairə. Orta Asiyada at ətini sərbəst şəkildə yeyirlər. Çünki onların bədəni ona uyğunlaşıb. O ətləri parçalamaq üçün onların orqanizmində maddələr yaranır. Bizdə isə o əti parçalamaq üçün olan maddələr olsa da, onların modifikasiyası zəifdir. Mədə şirəsi, qaraciyər, öd qədimdən bəri öyrəndikləri qidaları, maddələri daha yaxşı ifraz edirlər, nəinki uyğunlaşmadıqları maddələri. Həmin maddələri aktivləşdirmək üçün gərək sözügedən ətləri qəbul edək və onları qıcıqlandıraq. Bizim ərazimizdə yeyilən qidalar da başqa coğrafiyalarda eynilədir. Bir həkim olaraq hansısa heyvan ətini yemək qadağandır deyə bilmərik, sadəcə olaraq həmin qidalar insan orqanizmi üçün müəyyən ağırlıqlara səbəb ola bilər. İstənilən qida, xüsusilə ət məhsulları xırda doğranmalı və çox çeynənilməlidir.  Hətta qoyun əti də bədənimizə zərər verə bilər. Xüsusən də doğru bişirilmədiyi, çox çeynənilmədiyi zamanlarda. Bəzən biz yeməkdən sonra meyvə qəbul edirik. Bu, qətiyyən doğru deyil. Meyvə yeməkdən 1 saat əvvəl qəbul edilməlidir ki, ət məhsullarını parçalamaq üçün maddələr yaransın”.

Mövzu ilə bağlı saytımıza açıqlama verən  ilahiyyatçı Tural İrfan bildirib ki, İslam dininə görə pəncəli heyvanların əti yeyilmir, haramdır:

 

 

 

“Həmçinin Quranda əmr olunduğu kimi donuz, pulcuqsuz balıq və ölmüş heyvan ətinin yeyilməsi haramdır. Bəzi heyvanlar da var ki, onların ətini yemək məkruhdur, yəni haram deyil, lakin bəyənilmir. Məsələn, at, eşşək, dovşan ətini başqa heyvanlar varkən yemək sadəcə xoş görülmür. At və eşşəyin əti onlar minik heyvanı olduğu üçün yeyilmir. Çünki Peyğəmbərin zamanında savaşlar zamanı minik heyvanlarına böyük ehtiyac vardı. Əgər insanlar at və eşşəkləri kəsib yesəydilər, sosial həyatlarında çətinlik yaranardı. İt əti isə tamamilə haramdır, çünki pəncəli heyvandır. Pəncəli heyvanlardan sadəcə dovşan istisnadır. Dovşan ətinin də yeyilməsi haram olmasa da İslam dinində bəyənilmir. Yəni zərurət olmadıqca yemək uyğun deyil. Həmçinin porsuq, kirpi də haramdır”.

T.İrfan sözügedən ətlərin bəzi işbazlar tərəfindən ölkəmizdə gizli və icazəsiz kəsildiyinə görə gigiyenik qaydalara uyğun olmayan şəkildə başqa ətlərə qatılıb satıldığını da diqqətə çatdırıb: 

“Bu da sağlamlıq üçün problemlər yarada bilər. Ona görə də icazə ilə lap donuz əti də satıla bilər. Kim halal hesab edirsə, yesin, kim haram hesab edirsə, yeməsin. Bizim dövlətimiz dünyəvi dövlətdir və Azərbaycanda xristianlar, yəhudilər və digər dinlərin mənsubları da yaşayır. Bir sıra haram sayılan heyvanlar var ki onların əti bəzi ağır xəstəliklər zamanı həkim tövsiyəsi ilə yeyilə bilər. Məsələn, donuz əti vərəm və immunitet zəifliyi kimi hallarda faydalıdır, kirpi əti də həmçinin. Astma bronxit, sətəlcəm, yel xəstəlikləri üçün porsuq və kirpi əti faydalıdır. İslam dininə görə haram hesab olunan ətləri ölməmək üçün yemək haram deyil. Hətta Quranda buyurulur ki, donuz əti haram sayılsa da ölməmək üçün yeyə bilərsiniz. Bir sözlə, İslam dini hər çətinlikdə bir çıxış yolu qoyan humanist bir dindir. Ona görə də dövlətin aidiyyatı qurumunun müvafiq icazəsi ilə bu heyvanların kəsilib ətinin satılmasında bir problem yoxdur”.

Semra Ələkbərli
Gundem.az

Son xəbərlər

ABŞ Rusiyanı yeni sanksiyalarla hədələyib

Balaxanıda avtomobillə vurulan şəxsin çənəsi sınıb

ABŞ Konqresi inflyasiyanın azaldılması üçün 430 milyard dollarlıq paketi təsdiqləyib

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Moskvaya səfər edəcək

Gəncədə tibb bacısı xəstə yaxınları tərəfindən liftdə döyülüb

Brilliant Dadaşova Prezidentin mahnısını dinləməsindən danışdı

İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

“Xocalı cəlladı” kimi tanınan erməni general öldü

Bakıda gənc rusca danışdığı üçün döyülüb? - DİN-dən açıqlama

Məşhur iş adamının 1 ay öncə aldığı 20 milyonluq yaxta yanıb kül oldu - FOTO/VİDEO

Ronaldu "Qızıl top"a namizəd oldu, Messi isə...

"Onun dərdindən 18 yaşımda ərə getdim"

Turist Elbrusda uşaq dünyaya gətirdi

AB Ukraynaya 4 kater verdi

İranda zəlzələ OLUB

Kürdəmirdə ağır qəza - Yaralılar var

Türkiyədə müəmma: Yerin altından gələn qorxulu səs...

Ermənistanda qaçhaqaç: ermənilər ölkələrini belə tərk edir - VİDEO

Naməlum şəxs 11 nəfəri öldürdü

"Eurovision 2023" bu şəhərlərdən birində keçiriləcək

Bütün xəbərlər