BAKU Azərbaycan
°C

Qafqaz Müsəlmanları İdarəsi Stokholmda Quranın yandırılması ilə bağlı bəyanat yayıb.

QMİ-dən verilən xəbərə görə, bəyanatda deyilir:

"Qafqaz Müsəlmanları İdarəsi bəyan edir ki, yanvarın 21-də Stokholm şəhərində İsveç dövlətinin rəsmi icazəsi və himayəsi altında ultra-sağ “Sərt xətt” partiyasının başçısı tərəfindən, habelə Hollandiyada “Pegia” qrupunun lideri tərəfindən demokratiya və ifadə azadlığı şüarı altında İslam dininə, onun mübarək Peyğəmbərinə (s), Quranı-Kərimə, bütün müsəlmanlara qarşı törədilmiş həqarət aktları birmənalı olaraq nifrətə çağırış, insanların əqidəsinə və ləyaqətinə qarşı törədilən mənəvi cinayətdir. İnsan hüquqlarına, ləyaqətinə, millətlər və dinlər arasında qarşılıqlı ehtirama əsaslanan ədalətli, sülhsevər cəmiyyətlərin qurulması yolunda səylər göstərildiyi bir zamanda dünyada artmaqda olan islamofobiya təzahürləri, İslamı və müsəlmanları hədəf alan nifrət çağırışları və təhqir əməlləri bizim hədsiz narahatlığımıza və etirazımıza səbəb olur. Belə halların özünü demokratiya carçısı, “söz azadlığı”nın beşiyi kimi qələmə verən bəzi Avropa ölkələrində cərəyan etməsi, üstəlik, bilavasitə dövlət qurumları tərəfindən izn verilərək şərait yaradılması olduqca üzücüdür.

İki milyarda yaxın ardıcılı olan İslam dinini hədəf alan bu təhqir aktını qətiyyətlə pisləyir və bəyan edirik ki, artıq dəfələrlə törədilən və bu gün də törədilməkdə olan bu kimi alçaq əməllərin məqsədi beynəlxalq miqyasda ekstremizmə təkan vermək, terroru təşviq etməkdır. Dini zəmində qarşıdurmaya təşviq edən belə çağırış, təcavüz və zorakılığa təhrik edən bu cür əməllər bəşəri təhlükəyə çevrilməkdədir. Dindən siyasi məqsədlər üçün sui-istifadə halları, ksenofobiya təzahürləri cəmiyyətlərin və dövlətlərin daxili sabitliyini pozmağa, qarşıdurma və nifaq yaratmağa xidmət edir.

Qafqaz Müsəlmanları İdarəsi – dini mərkəz olaraq bütün dünya ölkələrini, beynəlxalq təşkilatları və dini qurumları törədilən əməli qətiyyətlə qınamağa və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, dindən sui-istifadə edən ekstremizm, ksenofobiya hallarını, inancından, əqidəsindən asılı olmayaraq insanların mənəvi dəyərlərinə, dini rəmzlərinə və şəxsiyyətlərə, dinlərin müqəddəs məkanları və atributlarına qarşı nifrət çağırış və təhqir hallarının baş verməməsi üçün daha ciddi səy göstərməyə çağırırıq. Bir daha vurğulamaq istəyirik ki, söz azadlığı heç də mənəvi hisslərə toxunmaq, nifrətə çağırışlara təhrik etmək deyil, əksinə, insanları mənəviyyata dəvət etmək olmalıdır. Dünya hamımızın ümumi evidir və bu evdə əmin-amanlığı qorumaq hər birimizin vəzifəsi və borcudur".

Son xəbərlər

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Ürəyi trombdan qorumaq qoz yeyin – Həkim

Pakistanda məsciddə güclü partlayış - 61 ölü, 150 yaralı

Qaranlıqda televizora, telefona baxmaq niyə təhlükəlidir?

Azərbaycan ali tribunalda Laçın yolunun bağlı olmasını TƏKZİB ETDİ

Lorente “Roma”nın bir addımlığında

Erməni silah alverçisi David Qalstyan SAXLANILDI

Yoluxanların sayı azaldı

Son sutkada 6 nəfər koronavirusa YOLUXDU

Qayınanası Şakiraya şiddət göstərib - ŞOK VİDEO YAYILDI

Sabirabadda ağır qəza - Ölən və xəsarət alan var

Öpüş səhnəsi ilə gündəm olan aktrisa: “Azərbaycanda stereotipləri qırmaq lazımdır”

25 hamilə qadın Putinə ŞİKAYƏT ETDİ

Fransa-Türkiyə arasında nə baş verir? - VİDEO

"Rusiya ən böyük hücuma hazırlaşır" - Stoltenberq

“Məni döydüyünüz üçün təşəkkürlər” - VİDEO

Zirzəmidə dəhşətli mənzərə: 6 uşaq...

“Qarabağ” onun getdiyini açıqladı

Tehran Bakının hansı tələblərini yerinə yetirməlidir? - VİDEO

Gəncədə bir ailənin üç üzvü BIÇAQLANDI

Bütün xəbərlər