BAKU Azərbaycan
°C

Martın 24-də növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti müəyyən edilib.

Gundem.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli KamAZ və üzərində yanacaq çəni olan 1 ədəd KamAZ avtomobilinin hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb.

Rusiya sülhməramlı kontingenti tərəfindən həyata keçirilən bu cür fəaliyyətlər üçtərəfli Bəyanatın müddəalarının icrası ilə bağlı üzərlərinə düşən vəzifə borclarının yerinə yetirilməməsidir.

Vəzifə və öhdəliklərinin əksinə olaraq Azərbaycanın Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qeyri-qanuni erməni dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət etməklə sərbəst hərəkətinə şərait yaradılması əldə edilmiş razılıqların sülhməramlı kontingent tərəfindən kobud şəkildə pozulması deməkdir. Belə hallara dərhal son qoyulmalıdır.

Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasının zəruri olduğunu göstərir.

 

Son xəbərlər

Özünü ölü göstərən MTK rəhbəri Rafətlə bağlı DETALLAR: 6 ay sonra Bakıda... - FOTO

Bolqarıstan prezidenti və birinci xanımın şərəfinə rəsmi NAHAR VERİLDİ

Əli Əsədov Cevdet Yılmazla GÖRÜŞDÜ - FOTO

Məşhur müğənni SAXLANILDI - FOTO

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə TANIŞ OLDU - FOTO

Azərbaycanlı iş adamı ÖLDÜ - FOTO

Bu insanlara lazerdən istifadə etmək OLMAZ - TƏHLÜKƏLİDİR!

TƏBİB: "Zaqatalada zəhərlənmə şübhəsilə xəstəxanaya gətirilənlərdən 32-si evə buraxılıb"

Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş OLDU

Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş - YENİLƏNDİ

Sabah 25 dərəcə isti OLACAQ - PROQNOZ

Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA: Yaxın günlərdə... 

Prezidentlər Birgə Bəyənnamə İMZALADILAR

Polis Qubada kollec tələbələri ilə görüşüb -FOTOLAR

Azərbaycan və Bolqarıstanın birinci xanımlarının GÖRÜŞÜ OLDU

İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş BAŞA ÇATDI - YENİLƏNDİ - FOTO

"Şəkillərinə baxıram, deyirəm ki..." - İlqar Mirzəyevin oğlundan təsirli PAYLAŞIM

Eldarın istefası tələb olunur

Gecə saatlarında Xocalı meşəsindən gələn səslər əsgərləri ŞOKA SALDI - ANBAAN VİDEO

Bu il keçid balları necə olacaq? - “200 bal toplayan bütün abituriyentlər...” 

Bütün xəbərlər