BAKU Azərbaycan
°C

Bir müddət əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Hüseynova AMEA tərəfindən koronavirusa qarşı vaksin hazırlandığını bildirmişdi. 

AMEA rəhbərliyi tədqiqatçılar qrupu tərəfindən yeni texnologiya əsasında protein əsaslı bir neçə vaksin və spreyin hazırlandığını, ÜST-ün peyvəndlər siyahısına daxil edildiyini də qeyd edib.

Gundem.az saytının əməkdaşı sözügedən vaksinlə bağlı məlumat almaq üçün bu işdə adıçəkilən AMEA-nın müxbir üzvü Tərlan Məmmədovla əlaqə saxlayıb. Türkiyənin Akdeniz Universitetinin professoru Tərlan Məmmədov AMEA-nı təkzib edərək sözügedən vaksinin AMEA tərəfindən yox, birbaşa onun özü tərəfindən hazırlandığını söyləyib.

“Hazırladığım vaksin hələ insanlar üzərində tətbiq olunmayıb. Lakin bu vaksin koronavirusun bütün mutasiyalarına, o cümlədən “Omikron”a qarşı da effektivdir. Dünayada ən çox istifadə olunan Pfizer-BionTech vaksininin iki dozadan sonra təsiri 0 faiz olur, yəni bu vaksin virusdan qorumur. Bizim hazırladığımız vaksin isə 2 dozadan sonra əhəmiyyətli dərəcədə qoruyuculuğa sahib olur. Bu vaksin 62 mutasiyaya qarşı effektivdir və bu tip vaksin ilk dəfə bizim tərəfimizdən təklif edilib. Bu işlərin isə AMEA ilə heç bir əlaqəsi yoxdur, mən Akdeniz Universitetində çalışıram, sadəcə olaraq AMEA-nın müxbir üzvüyəm. Vaksinin hazırlanmasında AMEA-nın rolu yoxdur, vaksin Akdeniz Universitetində, mənim laborotoriyamda hazırlanıb”. 

Professor meymunçiçəyi ilə bağlı da effektiv vaksinin hazırlana biləcəyini deyib:

“Bizim bir texnologiyamız var ki, dünyada mövcud olan bütün viruslara qarşı vaksin hazırlayır. Əgər gərəkli olsa, biz meymunçiçəyinə qarşı da vaksin hazırlayacağıq. Mən bu texnologiya ilə qarayara, quduzluğa və koronavirusa qarşı vaksinlər hazırlamışam. Bu potentlərin sahibi mənəm və onlar Avropa, Rusiya tərəfindən tanınmaqdadır. Bu vaksinləri Azərbaycan da dail olmaqla, istənilən ölkədə hazırlayıb, istifadəyə verə bilərəm ”.

Əzizə Zeynal 
 

Son xəbərlər

Baş Prokurorluq əməliyyat keçirdi: Vəzifəli şəxslər SAXLANILDI - YENİLƏNDİ

Mayın 1-i və 2-si ilə bağlı əhaliyə XƏBƏRDARLIQ!

Məhkəmədən Elnarə Qasımova ilə bağlı QƏRAR

Şuşanı düşməndən təmizləyən Xüsusi Təyinatlı Qüvvələr 25 yaşında

Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq GENİŞLƏNDİRİLİR

Başkəndlə bağlı fikirlər SƏS-KÜY YARATDI: “Ora bizim üçün əvəzsizdir” 

Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının növbəti İCLASI OLDU

Məşhur aktrisa VƏFAT ETDİ - FOTOLAR

Peruda AVTOBUS QƏZASI - 25 ölü, 13 yaralı

Bu xanıma yüksək VƏZİFƏ VERİLDİ - FOTO

Dünya bazarlarında neft UCUZLAŞDI

İlham Əliyev Sahibzadə Sultan Əhməd Əlini QƏBUL ETDİ

Səidə Sultan transparan geyimi ilə diqqət çəkdi - FOTO

ABŞ Rusiyaya qarşı sanksiyanı 1 noyabradək TƏXİRƏ SALDI

Ali Məhkəmə ilə Əlcəzair Ali Məhkəməsi arasında Memorandum İMZALANDI - FOTO

Axtarışda olan 76 nəfər SAXLANILDI 

Azərbaycan neftinin qiyməti 89 dollara ENDİ

ADNA-da terror aktı törədilməsindən 15 İL ÖTÜR

Ailənin lənətindən qaçmağa çalışır, restoranlara nifrət edir - Con Kennedinin nəvəsi

"Qızlar, tanımadığınız oğlana ərə getməyin"

Bütün xəbərlər