BAKU Azərbaycan
°C

Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığorta edənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə təsdiq edilib.

Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, Qərarla tənzimlənən məsələlərə əsasən:

• sığortaolunan bir neçə yerdə muzdlu işə aid olan fəaliyyətdən qazanc əldə etdiyi halda, ona ödənilən müavinətin məbləğinin əsas iş yeri üzrə əməkhaqqının 2 mislindən artıq olmaması məhdudiyyəti ləğv olunur, yəni xəstəlik vərəqəsi üzrə işçiyə müavinət hesablanarkən onun bütün iş yerləri üzrə qazancı nəzərə alınacaq və ödəniləcək;

• sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə növbəti hesabat təqdim olunanadək sığortaolunan əmək qabiliyyətini müvəqqəti itirərsə, o halda sığortaedən işçinin ötən hesabatdan sonrakı dövr üçün gəliri barədə DSMF-yə arayış göndərəcək və həmin arayış əsasında əmək qabiliyyətini müvəqqəti itirilməsi tarixindən əvvəl sığortaolunanın bütün qazancı müavinətin hesablanmasında nəzərə alınacaq;

 

• dəyişiklikdən əvvəl müavinətin məbləği hesablanarkən əmək qabiliyyətini müvəqqəti itirilməsi tarixindən əvvəlki 12 tam ay üzrə qazanc nəzərə alınırdı, yəni ay tam olmadıqda həmin ay üzrə qazanc müavinətin hesablanmasında nəzərə alınmırdı. Dəyişikliyə əsasən, tam ay tələbi aradan qaldırılır və xəstəlik tarixindən əvvəlki 12 ay üzrə, yəni ay tam olmazsa müavinətin məbləği həmin ayın günləri üzrə qazanc da nəzərə alınmaqla hesablanacaqdır:

 

• sığortaolunan muzdlu işə aid olan əsas iş yerindən əlavə, muzdlu işə aid olmayan fəaliyyətdən (sahibkarlıq fəaliyyətindən) gəlir əldə edərsə, həmin sığortaolunana müavinətin məbləği hesablanarkən onun sahibkarlıq fəaliyyəti ilə bağlı məcburi dövlət sosial sığorta haqqına cəlb olunan qazancı da nəzərə alınmaqla hesablanacaq.

Son xəbərlər

Leysan, dolu, qar... - Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ!

“Virtual Qərbi Azərbaycan” platforması TƏQDİM EDİLDİ

Müəllim işləmək istəyənlərin DİQQƏTİNƏ! 

Azərbaycan lideri bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ

Sabit məzənnə dolları dəyərsizləşdirir - Ekspert səbəbi AÇIQLADI

Ən çox satılan avtomobil markaları AÇIQLANDI 

Özünü ölü göstərən MTK rəhbəri Rafətlə bağlı DETALLAR: 6 ay sonra Bakıda... - FOTO

Bolqarıstan prezidenti və birinci xanımın şərəfinə rəsmi NAHAR VERİLDİ

Əli Əsədov Cevdet Yılmazla GÖRÜŞDÜ - FOTO

Məşhur müğənni SAXLANILDI - FOTO

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə TANIŞ OLDU - FOTO

Azərbaycanlı iş adamı ÖLDÜ - FOTO

Bu insanlara lazerdən istifadə etmək OLMAZ - TƏHLÜKƏLİDİR!

TƏBİB: "Zaqatalada zəhərlənmə şübhəsilə xəstəxanaya gətirilənlərdən 32-si evə buraxılıb"

Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş OLDU

Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş - YENİLƏNDİ

Sabah 25 dərəcə isti OLACAQ - PROQNOZ

Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA: Yaxın günlərdə... 

Prezidentlər Birgə Bəyənnamə İMZALADILAR

Polis Qubada kollec tələbələri ilə görüşüb -FOTOLAR

Bütün xəbərlər