BAKU Azərbaycan
°C

Bakının 12 nömrəli şəhərdaxili, Sumqayıt-Qusar və Sumqayıt-Quba şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.

Gundem.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 16 may saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır. İddiaçıların təkliflərinə komissiya 4 Lot üzrə mayın 23-də baxacaq.

Son xəbərlər

Ceyhun Bayramov Qətərin Baş naziri ilə GÖRÜŞDÜ

Soyuq və isti hava elektromobillərin fəaliyyətinə pis təsir göstərir - TƏHLİL

XİN başçısı: "Azərbaycanın tərəfdarı olduğu birbaşa sülh danışıqları ən effektiv və uğurlu xətt kimi özünü doğruldub"

Psixoloq, psixiatr və nevroloq: Bu anlayışları necə fərqləndirmək olar?

Baş Prokurorluq əməliyyat keçirdi: Vəzifəli şəxslər SAXLANILDI - YENİLƏNDİ

Mayın 1-i və 2-si ilə bağlı əhaliyə XƏBƏRDARLIQ!

Məhkəmədən Elnarə Qasımova ilə bağlı QƏRAR

Şuşanı düşməndən təmizləyən Xüsusi Təyinatlı Qüvvələr 25 yaşında

Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq GENİŞLƏNDİRİLİR

Başkəndlə bağlı fikirlər SƏS-KÜY YARATDI: “Ora bizim üçün əvəzsizdir” 

Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının növbəti İCLASI OLDU

Məşhur aktrisa VƏFAT ETDİ - FOTOLAR

Peruda AVTOBUS QƏZASI - 25 ölü, 13 yaralı

Bu xanıma yüksək VƏZİFƏ VERİLDİ - FOTO

Dünya bazarlarında neft UCUZLAŞDI

İlham Əliyev Sahibzadə Sultan Əhməd Əlini QƏBUL ETDİ

Səidə Sultan transparan geyimi ilə diqqət çəkdi - FOTO

ABŞ Rusiyaya qarşı sanksiyanı 1 noyabradək TƏXİRƏ SALDI

Ali Məhkəmə ilə Əlcəzair Ali Məhkəməsi arasında Memorandum İMZALANDI - FOTO

Axtarışda olan 76 nəfər SAXLANILDI 

Bütün xəbərlər