Cəmiyyət
18.04.2024 / 10:00
54
Ağdamda minaatan qurğular aşkar edildi
Ağdam rayonunda minaatan qurğular aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Gundem.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Yeni Qaralar kəndi ərazisindən 2 minaatan qurğusu, 3 avtomat, 53 mərmi, 1 qumbara, 2 partladıcı detonator, 2 000-dən çox patron və digər sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay