BAKU Azərbaycan
°C

Dəbdəbəli villaları, lüks avtomobilləri ilə daim gündəmdə olan şou əhli şəxsi həyatı ilə də hər kəsin diqqət mərkəzindədir. Onların ailə həyatı qurması, valideyn olması hər zaman müzakirələrə səbəb olan mövzulardandır.

Gundem.az vəzifəli şəxslərlə ailə həyatı quran müğənniləri  oxuculara təqdim edir:

Xalq artisti Brilliant Dadaşova əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevlə evlidir. Ədalət Hacıyev Səməd Vurğun adına Rus Dram Teatrının direktorudur. Dadaşova Ədalət bəylə 1988-ci ildə ailə həyatı qurub. Cütlüyün Cahad adlı bir oğlu var. O, 1990-cı il avqustun 9-da Bakıda doğulub.

Xalq artisti Zülfiyyə Xanbabayeva "Simurq" futbol klubunun keçmiş prezidenti Zaur Məmmədovla evlidir. Onların Dəniz adlı yeganə övladı var. Xalq artistinin qızı Dəniz bir neçə həftə əvvəl orta məktəbdən məzun olub.

2009-cu ildə ölkəmizi Avroviziya mahnı müsabiqəsində təmsil edən Aysel Teymurzadə Xalq artisti, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla evlənib. 2012-ci ildə ailə quran cütlüyün 3 övladı var. Aysel Teymurzadə Xalq artistinin ikinci həyat yoldaşıdır. Murad Adıgözəlov məşhur Adıgözəlovlar nəslinin nümayəndəsidir. Maestronun ilk evliliyindən də övladı var. 

Müğənni Rilaya Hüseynzadə Andrey Sarıçevlə ailə qurub. Andrey Sarıçev Azərbaycan Mini Futbol Assosiasiyasının Vitse-prezidenti, həmçinin “Azfar Sport Events Promotion”ın baş direktoru, təsisçisi və tərəfdaşıdır. Cütlük toylarında etdiyi ehtiraslı tanqo rəqsi ilə ölkə mətbuatında gündəm olmuşdu. Rilaya Andreyin ikinci həyat yoldaşıdır. 40 yaşlı iş adamı bir dəfə evli olub. Onun ilk nikahından bir qızı və bir oğlu var. Andreyin Rilaya ilə olan evliliyindən də iki övladı var. 

Azərbaycanlı müğənnilər arasında iş adamları ilə ailə quranlar ad az deyil. Onlardan biri Xalq artisti Aygün Bayramovadır. O, 2017-ci ildə iranlı iş adamı Fəraməz Gərmrudi ilə evlənib. Sənətçinin əri İranda Almaniyanın məşhur "KÖHEL" avtomobillərinin rəsmi distribüteridir. Aygün Bayramova həyat yoldaşından 12 yaş kiçikdir. Yerli mətbuatda yayılan bəzi məlumatlara görə, iş adamı Bakıda Hüseyn Cavid prospektində 2 milyon manata ev alıb, eyni zamanda onun bahalı avtomobilləri var. Gərmrudinin Bayramova ilə eşq hekayəsi onun  Heydər Əliyev adına Sarayda gerçəkləşən konsertində başlayıb.

Xalq artisti Röya Ayxan "Çudo-Peçka" mağazalar şəbəkəsinin rəhbəri, iş adamı Çingiz Cəlilovun oğlu Anar Cəlilovla evli olub. Cütlük 2008-ci ildə ailə qurub. Onların bu evlilikdən Hüseyn adlı övladları dünyaya gəlib. 2014-cü ildə isə Anarla Röya həyat yollarını ayırıblar. Röya Anardan sonra bir daha evlənməyəcəyini açıqlayıb.

2010-cu ildə ölkəmizi Avroviziya mahnı müsabiqəsində təmsil edərək 5-ci yerin sahibi olan Səfurə Əliyeva isə mərhum Energetika naziri Natiq Əliyevin oğlu, iş adamı Fərhad Əliyevlə evlənib. Cütlük Bodrumda təmtəraqlı toyla ailə həyatı qurub. Onların 3 azyaşlı övladı var. Səfurə Fərhad Əliyevin ikinci həyat yoldaşıdır. Fərhadın ilk evliliyindən bir qızı var. 

(baku.ws)

Son xəbərlər

Brilliant Dadaşova Prezidentin mahnısını dinləməsindən danışdı

İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

“Xocalı cəlladı” kimi tanınan erməni general öldü

Bakıda gənc rusca danışdığı üçün döyülüb? - DİN-dən açıqlama

Məşhur iş adamının 1 ay öncə aldığı 20 milyonluq yaxta yanıb kül oldu - FOTO/VİDEO

Ronaldu "Qızıl top"a namizəd oldu, Messi isə...

"Onun dərdindən 18 yaşımda ərə getdim"

Turist Elbrusda uşaq dünyaya gətirdi

AB Ukraynaya 4 kater verdi

İranda zəlzələ OLUB

Kürdəmirdə ağır qəza - Yaralılar var

Türkiyədə müəmma: Yerin altından gələn qorxulu səs...

Ermənistanda qaçhaqaç: ermənilər ölkələrini belə tərk edir - VİDEO

Naməlum şəxs 11 nəfəri öldürdü

"Eurovision 2023" bu şəhərlərdən birində keçiriləcək

Hirkan Park Otel xanım müştəriləri qovub - "Doktor" gəlir, buranı tərk edin'

FTB Trampın evindən 11 məxfi sənəd TAPIB

Ebru Gündəş konsert qiymətini qaldırdı

700 bal toplayan tələbə Azərbaycan universitetlərindən imtina etdi

Bayden və Szinpin bu tarixdə görüşə bilər

Bütün xəbərlər