BAKU Azərbaycan
°C

“Hərbi qulluqçuların pensiyaları ayrıca qanunla tənzimlənsin”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib. 

Deputat deyib ki, əmək pensiyaları əmək fəaliyyəti ilə məşğul olan insanlara aiddir: “Hərbçilər üçün ayrıca qanuna ehtiyac var. Əvvəllər Azərbaycanda belə bir ayrıca qanun olub. Lakin sonradan bu qanun “əmək pensiyaları haqqında” qanuna əlavə edilib. Hərbçilərimiz 59% dəyər itkisinə məruz qalırlar. Bu insanlar üçün aydın qaydalar olsun”. 

F.Mustafa Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi Rəşad Məlikzadənin həbs edilməsi ilə bağlı məsələdən də danışıb: “Bu mənimsənən vəsait şəhidin qan puludur. Birinci hal deyil. Bundan əvvəl də Müdafiə Nazirliyində mənimsəmə ilə bağlı tutulanlar olub. Bu necə ola bilər? 

Biz axı ən ciddi xəyanətkarları Müdafiə Nazirliyindən uzaqlaşdırdıq. Yenə də yeyinti davam edir. Hərbi qulluqçularla bağlı bu məsələləri əlahiddə məsələ kimi qəbul edib müzakirəyə çıxarmalıyıq. Təklif edirəm ki, bu məsələyə bir də baxılsın. Sabah dinc dövr olarsa, müharibə şəraiti aradan qalxarsa, birləşdirilmə təmin edilər. Son hadisələr göstərdi ki, risk altında olan əsas təbəqə hərbçilərdir. Onların şəhadətini heç nə əvəz edə bilməz”.

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 89 dollara ENDİ

ADNA-da terror aktı törədilməsindən 15 İL ÖTÜR

Ailənin lənətindən qaçmağa çalışır, restoranlara nifrət edir - Con Kennedinin nəvəsi

"Qızlar, tanımadığınız oğlana ərə getməyin"

Türkiyə XİN Fransanın qərarını pislədi

Avtobus uçuruma düşdü,20-dən çox ölü var

“Azərbaycanca bilməməyim nöqsanımdır”

Bakıda yeni tikilən bina çökə bilər - VİDEO

75 yaşlı Jerar Depardye həbs edildi

Tehrana uçuşların dayandırılması müddəti uzadıldı

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tbilisidə izdihamlı aksiya keçirildi

Oğul atanı döyərək öldürdü

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Odessa atəşə tutuldu: ölənlər və yaralananlar var

Səudiyyə Ərəbistanı ABŞ ilə müdafiə paktı bağlamağa yaxındır

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına...

Türkiyədə “TikTok” qadağan olunur?

Bakıda tələbələr saqqala görə dərsə buraxılmadı - FOTO

“Zirə” “Araz-Naxçıvan”a məğlub oldu

Bütün xəbərlər