BAKU Azərbaycan
°C

“Sahibkarların problemləri həll olunmur, qalırlar icra orqanları ilə məhkəmə orqanları arasında. Top kimi oradan-ora vururlar. Pandemiyanın şərtləri nəticəsində ağır vəziyyətə düşüblər”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə qanunun müzakirəsi zamanı deputat Fazil Mustafa bildirib. 

Millət vəkili qeyd edib ki, sahibkarlardan heç biri öz problemlərini həll edə bilmir: “Biz Milli Məclisdə sahibkarlığın inkişafında dəstək, kiçik və orta biznesə dəstək haqqında qanunları qəbul edirik. Bunların heç biri həyatda icra olunmur. Bunu bilmək lazımdır. Yəni, burada kiməsə yaxın sahibkarın çevrəsi varsa, onun problemi həll olunur. Adamların heç birinin məsələsi həll olunmur. Kiçik sahibkarların, ümumiyyətlə, sahibkarların çoxsaylı müraciətləri var. Ombudsmana yüzlərlə müraciət olur. Ombudsman da onu sənədləşdirir, göndərir. Lakin problem öz həllini tapmır. O baxımdan biz Ombudsmana səlahiyyət veririksə, daha ciddi, konkret addımlar atılması istiqamətində normativ hüquqlar verməliyik ki, o nəyisə tələb edə bilsin”.

F.Mustafa əlavə edib ki, bu, Ombudsmanın nüfuzuna da təsir edəcək: “Vətəndaşın şikayətləri, Ombudsmana müraciətləri həll olunmayanda bu, Ombudsmana da inamsızlıq yaradır. Son dövrlərdə millət vəkili olaraq bir çox nazirliklərə etdiyim müraciətlər həll olunmur. Heç olmasa, Ombudsman tərəfindən ölkə Prezidentinə müraciət edilə bilsin”.

Deputat qeyd edib ki, artıq bir çox nazirliklərə müraciət etmir: "Müraciət etməyin xeyri yoxdur. Kimisə də tənqid edəndə deyirlər ki, yəqin şəxsi xahişi olub, onu yerinə yetirməmişik".

Son xəbərlər

Öldürülən BMT əməkdaşlarının sayı AÇIQLANDI

ABŞ-dən Çin nəhənginə QADAĞA – Bu şirkətə çip satışı YASAQLANDI

Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini MÜZAKİRƏ ETDİ

NATO-nun təlimi zamanı 11 əsgər YARALANDI

Bu müəllimlər MİQ-in birbaşa vakansiya seçimində İŞTİRAK EDƏ BİLƏRLƏR

F-16 qırıcısı QƏZAYA UĞRADI

Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini ANDI

Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası KEÇİRİLİR

Britaniya Rusiyanın hərbi attaşesini ölkədən ÇIXARIR

"İnstaqram"da DƏYİŞİKLİK: İzləyici sayı...

Çempionlar Liqası: "Real" doğma meydanda "Bavariya"nı QƏBUL EDƏCƏK

Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə GÖRÜŞDÜ

Zaxarovadan Makronun fikirlərinə SƏRT REAKSİYA: "Hədəfə çevriləcəklər"

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır

Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ZİYARƏT ETDİ

Leysan, dolu, qar... - Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ!

“Virtual Qərbi Azərbaycan” platforması TƏQDİM EDİLDİ

Müəllim işləmək istəyənlərin DİQQƏTİNƏ! 

Azərbaycan lideri bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ

Sabit məzənnə dolları dəyərsizləşdirir - Ekspert səbəbi AÇIQLADI

Bütün xəbərlər