BAKU Azərbaycan
°C

"Ermənistan bu gün də təxribatlarını davam etdirərək işğaldan azad olunmuş ərazilərimizi yenidən minalarla çirkləndirir".

Gundem.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib.

Müvəkkil xatırladıb ki, "Azərbaycanın Respublikasının işğaldan azad edilmiş Ağdam rayonu Yusifcanlı kəndi ərazisində iki nəfər dinc sakinin həlak olması ilə nəticələnən mina partlayışı baş verib. Dinc mülki insanların davamlı olaraq həyat və sağlamlığına qəsd edən Ermənistanın mina terrorunu kəskin şəkildə pisləyir, həlak olanlara Allahdan rəhmət diləyirəm".

S.Əliyeva vurğulayıb ki, Ermənistan 30 ilə yaxın bir dövr ərzində Azərbaycanın Qarabağ bölgəsindəki şəhər və rayonlarını yalnız işğal altında saxlamaqla kifayətlənməyib, həm də günahsız insanları qətlə yetirmək məqsədilə həmin əraziləri qəsdən kütləvi şəkildə minalayıb: "Təəssüflə qeyd edirik ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonrakı dövrdə baş vermiş çoxsaylı mina partlayışları nəticəsində indiyə qədər ümumilikdə 286 nəfər mina terrorunun qurbanına çevrilib və onlardan 48 nəfəri həlak olub. Ermənistan isə nəinki ötən illər ərzində basdırdığı minaların dəqiq xəritələri haqqında ölkəmizə məlumat vermir, bu gün də təxribatlarını davam etdirərək işğaldan azad olunmuş ərazilərimizi yenidən minalarla çirkləndirir, nəticədə mülki şəxslərin və hərbçilərin həyatı ciddi təhlükə altına düşür. Bir daha dünya ictimaiyyətinə, o cümlədən insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlara səslənərək insan hüquq və azadlıqlarının müdafiəsi məqsədilə bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməyə çağırıram".

Son xəbərlər

Bu sürücülərə CƏRİMƏ YAZILA BİLMƏZ - Ekspert AÇIQLADI 

Azərbaycan Səudiyyə Ərəbistanı ilə potensial əməkdaşlığı MÜZAKİRƏ ETDİ

Si Cinpin Fransa, Serbiya və Macarıstana səfər edəcək

Rasim Hüseynov vəzifəsindən AZAD EDİLDİ - SƏRƏNCAM

Blinken Səudiyyə Ərəbistanında SƏFƏRDƏDİR

Azərbaycan əhalisinin neçə faizi artıq çəkidən əziyyət çəkir? – RƏQƏMLƏR

Məşhur aparıcı Azərbaycandan KÖÇDÜ - FOTO

Xarici ticarət dövriyyəsi niyə azalır? - AÇIQLAMA 

Nazirliyə aid mərkəzin üzərindəki bayraq və yazı niyə sökülüb? - FOTOREPORTAJ

Bu aktyor “Komedixana”dan ayrıldı - FOTO

Abid Şərifov yeganə oğlunun ölümü barədə: "Yavaş-yavaş bütün bədənə yayıldı, qorxudan..." - VİDEO

İranın mədəniyyət naziri Azərbaycana SƏFƏR EDƏCƏK

İlham Əliyev Datuk Mutanq Taqalı QƏBUL ETDİ

Bakıda qəsdən adam öldürmə faktına görə cinayət işi BAŞLANDI

Mürsəl İbrahimov Qəbələdə vətəndaşların problemlərini dinlədi - FOTO

ABŞ-nin 61 milyardlıq yardımı ilə bağlı RƏSMİ AÇIQLAMA: "İşğal altındakı bütün ərazilər..."

Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu VERİLDİ - FOTO

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət etdi - VİDEO 

Aytən Səfərova ilə bağlı yeni xəbər

Latviya Ukraynaya humanitar yardım GÖNDƏRDİ

Bütün xəbərlər