BAKU Azərbaycan
°C

“2024-cü ilin əvvəlindən bəri valyuta bazarında tarazlıq qorunub”. 


Gundem.az xəbər verir ki, bunu “Faiz dəhlizinin parametrləri haqqında” açıqlamasında Azərbaycan Mərkəzi Bankı (AMB) bildirib. 
AMB qeyd edib ki, ilin ötən dövründə Mərkəzi Bank tərəfindən təşkil edilən valyuta hərraclarının bir neçəsində valyutaya tələb artıb. Buna səbəb dövlət investisiyaları və özəl sektorun istehlakının aktivləşməsi nəticəsində idxalın maliyyələşməsinin genişlənməsidir. 
2024-cü ilin 2 ayında qeyri-neft investisiya qoyuluşlarının ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,1% artdığını bildirən AMB investisiya qoyuluşunun əhəmiyyətli hissəsinin daxili mənbələr hesabına maliyyələşdirildiyini vurğulayıb. 

AMB-nin şərhinə görə bu, qeyri-neft idxalı üzrə qabaqcadan ödənişlərin artması ilə müşayiət olunub: “Qeyd olunanlar idxal mənşəli valyuta tələbinin artımını təsdiqləyir. Ümumilikdə, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. 2023-cü ilin yekunu üzrə tədiyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulun (ÜDM) 11,5%-i səviyyəsində profisit olub. Ticarət balansında 2024-cü ilin ilk 2 ayında 2,3 milyard ABŞ dolları məbləğində profisit formalaşıb”. 
AMB qeyd edib ki, mövcud meyillər davam edəcəyi təqdirdə 2024-cü ilin yekunu üzrə də cari əməliyyatlar hesabı profisitli olacaq: “Bununla yanaşı fevralda depozit dollarlaşmasının azalmaqda davam etməsi yığım vasitəsi kimi manata inamın qorunduğunu göstərir. Belə ki, fevralda maliyyə sektoru çıxılmaqla hüquqi və fiziki şəxslərin depozitlərinin dollarlaşması səviyyəsi yanvar ayına nəzərən 1,3 faiz bəndi, ötən ilin fevral ayı ilə müqayisədə isə 9 faiz bəndi azalıb”. (Sfera.az)

 

Son xəbərlər

ANAMA-nın əməkdaşı Şuşada MİNAYA DÜŞDÜ

Putinin andiçmə mərasiminin tarixi MƏLUM OLDU

Məşhur müğənninin qohumu sevgilisi tərəfindən ÖLDÜRÜLDÜ - FOTO

"Fransa regionda sülhə xidmət etməyən yanaşma ortaya qoyur" - Sahibə Qafarova

Elektron siqaretlər hamilə qalmaq şansını AZALDIR

Sabah 32 dərəcə isti olacaq

Günel Osmanovaya İTV-də yeni VƏZİFƏ VERİLDİ - FOTO

Ən dürüst bürclər - Heç vaxt yalan danışmırlar

Jurnalist saxta xəbərlərə görə SAXLANILDI- FOTO

Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər - FOTO

"Putin Navalnının ölümündə günahkar deyil" - ABŞ kəşfiyyatı

Məşhur aktrisanın qızı oldu - FOTO 

Bakıda 296 kəsici-deşici alət aşkar olunaraq götürüldü - RƏSMİ

Xalq artistindən Taleh Yüzbəyova SƏRT CAVAB: "O, çox qələt edir"

Kamaləddin Qafarov: “Azərbaycan COP29-u Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər”

Ordumuzun komanda-qərargah təlimləri başa çatdı - FOTO

Abşeronda yol qəzası olub - Xəsarət alan var

Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur

Bu il hər addımda şanslı olacaq BÜRCLƏR

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Bütün xəbərlər