BAKU Azərbaycan
°C

ABŞ gələcəkdə Ayın cənub qütbündə bəşəriyyətin daimi məskunlaşacağı baza yaratmağı hədəfləyir.
 

Gundem.az xarici KİV-ə istinadən xəbər verir ki, bu planlara uyğun olaraq Ay səthində yüklərin və insanların daşınmasını təmin edəcək “dəmir yolu şəbəkəsi”nin qurulması işlərinə başlanılıb.


"Northrop Grumman" şirkəti tərəfindən hazırlanmış "Ay dəmir yolu planı"nın Ayda ciddi və davamlı iqtisadi inkişafı təmin edəcəyi gözlənilir.


Şirkət nümayəndələri bildirib ki, bu, ABŞ və beynəlxalq tərəfdaşlar üçün kosmik iqtisadiyyata töhfə verə bilər.


"Northrop Grumman" bəşəriyyəti kosmosa köçürməyə kömək edəcək ideyalar yaratmaq məqsədi daşıyan "Luna-10" tədqiqatında iştirak etmək üçün dekabr ayında ABŞ-nin Qabaqcıl Müdafiə Tədqiqat Layihələri Agentliyi (DARPA) tərəfindən seçilmiş 14 şirkətdən biri idi.


Başlamaq üçün şirkət Ayda dəmir yolu xəttinin çəkilməsi üçün hansı resurslara ehtiyac olduğunu müəyyən edəcək.


Daha sonra layihənin xərcləri və riskləri hesablanacaq və işlək Ay dəmir yolu sisteminin prototipləri yaradılmağa başlanacaq.


DARPA tərəfindən Luna-10 tədqiqatında iştirak etmək üçün seçilən digər şirkətlər arasında İlon Maskın "SpaceX" və Jeff Bezosun "Blue Origin" şirkətləri də var.

Şirkətlər gələn ay "Lunar Sur face Innovation Consortium"da işləri ilə bağlı daha ətraflı məlumat verəcəklər.

ABŞ və Çin Ayın sirli cənub qütbünün daimi Ay bazası qurmaq üçün ən yaxşı yer olduğuna inanır.

 

 

Son xəbərlər

Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olunub

Xərçəngə qarşı yeni peyvənd HAZIRLANIR - Yüksək riskli xəstələrdə...

ANAMA-nın əməkdaşı Şuşada MİNAYA DÜŞDÜ

Putinin andiçmə mərasiminin tarixi MƏLUM OLDU

Məşhur müğənninin qohumu sevgilisi tərəfindən ÖLDÜRÜLDÜ - FOTO

"Fransa regionda sülhə xidmət etməyən yanaşma ortaya qoyur" - Sahibə Qafarova

Elektron siqaretlər hamilə qalmaq şansını AZALDIR

Sabah 32 dərəcə isti olacaq

Günel Osmanovaya İTV-də yeni VƏZİFƏ VERİLDİ - FOTO

Ən dürüst bürclər - Heç vaxt yalan danışmırlar

Jurnalist saxta xəbərlərə görə SAXLANILDI- FOTO

Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər - FOTO

"Putin Navalnının ölümündə günahkar deyil" - ABŞ kəşfiyyatı

Məşhur aktrisanın qızı oldu - FOTO 

Bakıda 296 kəsici-deşici alət aşkar olunaraq götürüldü - RƏSMİ

Xalq artistindən Taleh Yüzbəyova SƏRT CAVAB: "O, çox qələt edir"

Kamaləddin Qafarov: “Azərbaycan COP29-u Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər”

Ordumuzun komanda-qərargah təlimləri başa çatdı - FOTO

Abşeronda yol qəzası olub - Xəsarət alan var

Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur

Bütün xəbərlər